Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

Hazırda oxunan: Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

207425
Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.

Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb.

1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub. (apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO