Hakimin oğlunu vurub qaçan sürücü yaxalandı...

Hakimin oğlunu vurub qaçan sürücü yaxalandı...

Hazırda oxunan: Hakimin oğlunu vurub qaçan sürücü yaxalandı...

137586
Bakı şəhər Baş Polis İdarəsi və prokurorluğundan Moderator.az-a göndərilən press-relizdə deyilir:

"Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Kərimov Rəhim Yüzasif oğlu 11 may 2016-cı il tarixdə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi “Real”x9d Məhdud Məsuliyyətli Müəssisəyə məxsus “Mercedes-Benz S350”x9d markalı, 90 AA 669 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olarkən Bül-Bül prospektinə daxil olan zaman “Yol hərəkəti haqqında”x9d qanunun tələblərini kobud surətdə pozaraq baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirmiş, əvvəl küçənin kənarında quraşdırılmış yol nişanını vurmuş, sonra isə səki üzərinə qalxaraq avtomobilin qabaq hissəsilə piyada - 1996-cı il təvəllüdlü, ADA Universitetinin tələbəsi Allahverdiyev Rüfət Elbəy oğlunu vurub səkinin kənarındakı binanın daş divarına sıxaraq çoxsaylı bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır.
R.Allahverdiyev “Sol bud və baldır sümüklərinin açıq sınığı, sol budda damar zədələnməsi, sağ baldırın açıq yarası, əzələ cırılması, hemorragik şok, massiv trasfüziya sonrası DİC”x9d diaqnozu ilə  Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş və ertəsi gün orada vəfat etmişdir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, iş üzrə məhkəmə-tibbi, kompleks məhkəmə tibbi-bioloji və kimyəvi, məhkəmə-kimyəvi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, hadisənin şahidlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, ərazidə olan təhlükəsizlik kameralarının görüntüləri götürülmüş və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində R.Kərimovdan götürülmüş tədqiqat nümunələrinin tərkibində “amfetamin”x9d, “metamfetamin”x9d və çətənə bitkisindən alınan “kannabinoid”x9d adlı maddələr aşkar edilmişdir.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Kərimov mayın 14-də tutularaq istintaqa cəlb edilmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir". 

Qeyd edək ki, baş vermiş hadisə barədə ilkin olaraq Moderator.az məlumat əldə edərək mərhumun Tərtər Hərbi Məhkəməsinin hakimi işləyən atası Elbəy Allahverdiyevə də başsağlığı vermişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO