Rusiyanın Milli Qvardiyasına xarici ölkələrdə güc tətbiq etmək hüququ verilib.
Moderator.az Rusiyanın nüfuzlu RBK telekanalına istinadən xəbər verir ki, bu hüquq Rusiyada yeni yaradılan Mili Qvardiya haqqında qanunda öz əksini tapıb.
Belə ki, qanunda yeni yaradılan qurumun strukturu, xidmətkeçmə, fəaliyyət sahələri və digər məsələlər öz əksini tapıb. Sənəddə eyni zamanda Milli Qvardiyaya xarici öılkələrdə sülhməramlı qüvvələr tərkibində iştirak etmək, xarici ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına təlim keçmək, eyni zamanda lazımı məqamda terrorizmə qarşı mübarizədə və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə xarici ölkədə güc tətbiq etmək hüququ da verilib.






































































































