Devalvasiyanın ilk qurbanlarından biri  - “İlk İnşaat”x9d

Devalvasiyanın ilk qurbanlarından biri - “İlk İnşaat”x9d

Hazırda oxunan: Devalvasiyanın ilk qurbanlarından biri - “İlk İnşaat”x9d

117951
Azərbaycanda fəaliyyət göstərən "İlk İnşaat" tikinti firmasında işləyən minə yaxın işçiyə bu gün xəbərdarlıq olunub.xa0

Bununla bağlı Moderator.az - a adlarının çəkilməsini istəməyən və xəbərdarlıq alan işçilərdən bir neçəsi bildirib.

Tikintidə işləyən şəxslərin sözlərinə görə, firmadan onlara bildirilib ki, bu ilin 15 fevralında firma işini dayandıracaq. İşçilərə başqa yerdə iş tapmaq tövsiyə olunub.xa0

Qeyd edək ki, Bu firma hazırda Dəniz Vağzalının yaxınlığında yerləşən 4 hündürmərtəbəli binanın tikintisini həyata keçirirdi. Tikintidə Azərbaycanlılarla yanaşı, Türkiyə, Özbəkistan, Hindistan, Pakistan vətəndaşları da çalışırdı. İlk inşaat təkcə Dəniz Vağzalı yaxınlığında deyil, Bakının bir sıra yerlərində də tikinti işləri həyata keçirir.

Bildirildiyinə görə, "İlk İnşaat" türk vətəndaşına məxsus olan podratçı şirkətdir və ölkədə fövqəlgücə malik irikalibrli məmurlardan birinin sifarişçisi olsalar da 4 aydır onlara çatası pulu ala bilmədiklərindən acınacaqlı duruma düşərək içilərinə bununla bağlı xəbərdarlıq ediblər...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO