"Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm" - Əflatun Amaşov

Hazırda oxunan: "Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm" - Əflatun Amaşov
96023
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm.”x9d

Bunu Qaynar.info-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov Meydan.tv-nin əməkdaşları Aytac Əhmədova və Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını şərh edərkən deyib.xa0

Əflatun Amaşovun sözlərinə görə, bu hadisədə ictimaiyyətin bilmədiyi məqamlar var: “Bu cür saxlamalar dünyanın bütün ölkələrində var. Özü də bunu saxlanma kimi qiymətləndirmək olmaz. Jurnalist müəyyən müddətdə müvafiq qurumlara dəvət olunur və bu məsələlər də protokollaşdırılır. Ona görə də düşünürəm ki, bu məsələni söz və mətbuat azadlığı müstəvisində qaldırmaq lazım deyil”x9d.xa0

Mətbuat Şurasının sədri bildirib ki, hansı media qurumunda işləməsindən asılı olmayaraq Mətbuat Şurası müvafiq qurumlarla əlaqə saxlayır və məsələni nəzarətdə saxlayır: “Məsələ ilə bağlı bizə də məlumat vermirlər. Dünən Meydan.tv-nin bir əməkdaşı sərbəst buraxılıb. Güman ki, bu gün Şirin Abbasov da azadlığa buraxılacaq”x9d.

Xatırladaq ki, dünən Meydan.Tv-nin əməkdaşı Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən 5 saata yaxın saxlanılmışdı. Daha sonra o sərbəst buraxılıb. Meydan.tv-nin digər əməkdaşı Şirin Abbasovdan isə xəbər yoxdur. Onun harda saxlanıldığı barədə dəqiq informasiya verilmir. Meydan.tv isə əməkdaşının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin tərəfindən saxlanıldığını bildirir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO