Mətbuatda yer alan məlumatlara görə, müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov barəsində qaldırılmış cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.
Bu barədə M.Səlimovun vəkili Ceyhun Yusifov danışıb.
Vəkil onu da vurğulayıb ki, Mehman Səlimovun həbsinin
əsas motivi guya keçmiş müdafiə naziri Səfər Əbiyevlə yaxın münasibətlərdə
olmasından qaynaqlanıb.
Onu da qeyd edək ki, bundan əvvəl də mətbuatda
yazılanlara görə, M. Səlimovun hələ S. Əbiyevin müdafiə naziri olduğu dövrlərdə
Müdafiə Nazirliyinin sifarişi ilə yaşayış binalarının tikintisində iştirak
etdiyi, birincinin tikinti biznesinin məhz Müdafiə Nazirliyi ilə bağlı olduğu
qeyd olunurdu.
Moderator.az-ın apardığı araşdırmalar
nəticəsində məlum olub ki, yuxarıda deyilənlərin heç biri həqiqəti əks
etdirmir. Belə ki, sabiq müdafiə nazirinin tikinti biznesilə məşğul olması ilə
bağlı yayılan məlumatlar tamamilə əsassızdır. O üzdən M. Səlimovun sabiq
nazirinin tikinti biznesinə rəhbərlik etməsi məsələsi də məqsədli şəkildə qəsdən
ortaya atılmış növbəti şaiyədir.
Bu baxımdan Əbiyevin keçmiş müavininə qarşı
qaldırılmış cinayət işində guya tikinti biznesindən söhbət gedəcəyi ehtimalı
istisna olunur.
Araşdırmalarımız zamanı daha maraqlı faktla
üzləşdik. Məlum
oldu ki, keçmiş müdafiə naziri Səfər Əbiyevə və sabiq baş prokuror Eldar Həsənova
qarşı aparılan "qara piar" kampaniyası eyni mərkəzdən idarə olunur.
Mövzuya qayıdacağıq...






































































































