Meydana kürd bayrağıyla çıxan dünya çempionumuz danışdı   - FOTOLAR

Meydana kürd bayrağıyla çıxan dünya çempionumuz danışdı - FOTOLAR

Hazırda oxunan: Meydana kürd bayrağıyla çıxan dünya çempionumuz danışdı - FOTOLAR

81227
Sosial şəbəkələrdə əlbəyaxa döyüş üzrə 4 qat dünya çempionu Anar Süleymanovun yarışların birində arenaya kürd bayrağı ilə çıxdığı ilə bağlı fotolar yayılıb. 

Moderator.az-ın məlumatıhna görə, fotolarda idmançının formasının sol tərəfində Azərbaycan bayrağı, sağ tərəfində isə kürd bayrağı açıq-aydın görünür.

Dörd qat dünya çempionu həm də yerli telekanalların çəkdiyi seriallarda rol alıb. A.Süleymanov çəkildiyi bir serialda polis kapitanı rolunu oynayıb.

Günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunan və etiraza səbəb olan hadisə ilə bağlı Anar Süleymanov "facebook"da aydınlıq gətirməyə çalışıb. Onun yazdığı statusu olduğu kimi təqdim edirik: 

“Çox xaiş edirəm, bir məlumatı paylaşanda işinizin xətrinə deyil, Allaha xatir, halal ve oldugu kimi yazın. Son zamanlar mənim haqqımda döyüşə kürd bayrağıyla cıxmagımla baglı qara piar yayılıb. Bu məsələyə aydınlıq gətirirəm ki, mənim haqqım yeyilməsin. Azərbaycanda hər zaman çoxsaylı millətlər yaşayıb. Məsələn; kürd, talıs, tatar və s.. Bu yarış ötən il istirahət mərkəzlərinin birində baş tutmuşdur və bu yarışda mənə azarkeşlik etmək üçün Laçın rayonunun kürd əsilli kəndlərindən olan Kamallı ve Minkənddən mənim həmkəndlilərim gəlmişdilər. Onlar bu idman geyimini mənə hədiyyə gətirmişdilər. Orda sol sinədə Azərbaycanın, sag sinədə isə Kürd millətinin bayrağı yer alıb. Azərbaycanda yasayan kürdlər Azərbaycanı sevərək bayragların yanaşı durmasından qurur hissi keçirir. Buna əsl qardaşlıq demək olar”x9d. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO