Moderator.az xəbər verir ki, mayın 23-də Sumqayıt Şəhər Təhsil Şöbəsi və Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığl ilə ümumtəhsil orta məktəb şagirdləri arasında 28 May-Respublika Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Tədbiri təhsil şöbəsi metodkabinetinin müdiri Sabir Məmmədov açaraq qonaqları salamlayıb, müsabiqənin məhz bu bayram ərəfəsində keçirilməsinin önəmini qeyd edib. Eləcə də, Şərqdə ilk demokratik dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun tarixinin əsas məqamlarından söz açıb.
S. Məmmədov üç nəfər şair-Sabir Sarvan, Gülnarə Cəmaləddin və Nazir Rüstəmdən ibarət münsiflər heyətini tədbir iştirakçılarına təqdim etdi və müsabiqəni açıq elan elədi.
Müsabiqə iştirakçıları doğma məmləkətimizə həsr olunmuş şeirlər ifa etdilər. Şagirdlərin ifasında səsləndirilən Azərbaycan şairlərinin rəngarəng şeirləri münsiflər tərəfindən maraqla qarşılandı. Məktəblilərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirildi.
1) I yer-Aliyə Əlizadə;
2) II yerlər-Zivər Niyazova, Səbinə Bağırzadə;
3) III yerlər isə müvafiq olaraq Şəfa Mənsimova, Vüqar Əlizadə və Gülü Səfərova arsında bölüşdürüldü. Eləcə də
10 nəfər şagird həvəsləndirici yerə layiq görüldü.
Tədbirin sonunda Metodkabinetin müdiri S. Məmmədov müsabiqədə iştirak edən şagirdlərə öz minnətdarlığını bildirdi və gələcəkdə də Təhsil Şöbəsinin təşkil etdiyi tədbirlərdə fəal olmağı tövsiyyə etdi.
Namiq Dəlidağlı


































































































