
- A-
- A
- A+
Повестка дня
10:30 / 15.05.2015
2 dəq oxunma
Vasif Talıbov türk generalı ilə görüşdü
Hazırda oxunan: Vasif Talıbov türk generalı ilə görüşdü
77908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Blokada Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirib”x9d.
Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.
Moderator.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Vasif Talıbov birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda, Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirib.
Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran Ali Məclisin Sədri deyib ki, düşmən dövlətlə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirib.
“Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən ordu birləşmə və hissələri torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, istənilən döyüş tapşırığını da uğurla yerinə yetirmək əzmindədir”x9d, o deyib.
Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğuna göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar Naxçıvanda keçirilən birgə hərbi təlimin hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Naxçıvanda bütün sahələrin inkişafının məmnunluq doğurduğunu qeyd edən Ümit Dündar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin də qürurverici olduğunu vurğulayıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





































































































