Prezidentin növbəti əfv fərmanı ilə hüquq müdafiəçilərinin siyahısında olan 5 nəfər azad olub.
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənyarlı deyib. Onun sözlərinə görə, onların 2-si hicab məsələsinə görə həbs olunalar, biri çoxuşaqlı ana Şəhla Muxtarova, digəri isə müxalifətçi Bəşir Süleymanlıdır.
S. Bənənyarlı ölkə başçısın verdiyi əfv fərmanlarını yüksək dəyərləndirərək bildirdi ki, bu, yüzlərlə ailənin sevinci deməkdir.
Hüquq müdafiəçisi onu da əlavə etdi ki, onların siyahısında olan şəxslərin tam azad olunması üçün işlərini davam etdirəcəklər:
“Çalışacağıq ki, bu mübahisəli siyahı qapansın. Biz onların növbəti əfv fərmanlarına azad olunmasına çalışacağıq.”x9d


































































































