TPİ-də inklüziv və xüsusi təhsillə bağlı dəyirmi masa

TPİ-də inklüziv və xüsusi təhsillə bağlı dəyirmi masa

Hazırda oxunan: TPİ-də inklüziv və xüsusi təhsillə bağlı dəyirmi masa

72395
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) “İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər”x9d mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, dəyirmi masanın məqsədi müasir dövrdə ölkədə təhsil siyasətinin prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılması, inklüziv təhsilin tətbiqində real vəziyyəti, mövcud problemləri öyrənmək və beynəlxalq təcrübənin Azərbaycan təhsilinə inteqrasiyasıdır.

Q. Novruzov deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”x9dnın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsil verənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu gün Azərbaycanda 530 min əlil varsa, onların 64 mini uşaqlardır. Onun sözlərinə görə, təhlillər göstərib ki, əlil uşaqların təxminən 50%-ə qədəri 3 yaşa qədər olan həkim və valideyn nöqsanlarının qurbanıdırlar: “Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək tarixən savab iş hesab olunub. Son illər Təhsil Nazirliyində bu sahədə ardıcıl iş aparılıb. İnklüziv təhsil sisteminin özü Azərbaycan üçün yeni idi. Bu sistemin özünün dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda qurulması yeni istiqamət oldu və bu istiqamətdə zamanla addım-addım işlər görüldü. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunub. Bununla bağlı hüququ baza var, qanunlarda bu məsələ təsbit olunub. Amma onu da deməliyik ki, qanunvericilikdə müəyyən boşluqlar var. Qanunda xüsusi təhsillə bağlı hissədə kiçik düzəliş olmalıdır. Evdəki təhsillə xüsusi müəssisədə olan təhsil arasındakı ödəmədə fərq var və bunu aradan qaldırmalıyıq”x9d.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu sahədə əldə olunan uğurlarla yanaşı müəyyən problemlərin də olduğunu deyib. A. Sofiyeva onu da bildirib ki, mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir, ölkədə inklüziv təhsilin inkişafı vacib məsələdir və bu sahədə elmi yanaşmaya da ehtiyac var.

Mövzu ilə əlaqədar dəyirmi masada Təhsil Nazirliyi, De-institutlaşma və Uşaqların müdafiəsi İdarəsinin sosial işin təşkili və statistika şöbəsinin müdiri Anar Xələfovun “Azərbaycan Respublikasında əlilliyi olan insanların təhsilinin təşkili”x9d , ARTPİ-nin inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanovanın “İnklüziv və xüsusi təhsilin ümumi vəziyyəti”x9d, həmin şöbənin aparıcı elmi işçisi Elmira Kərimovanın “İnklüziv və xüsusi təhsilin problemləri”x9d, böyük elmi işçisi Fərid Süleymanovun “İnklüziv və xüsusi təhsildə beynəlxalq təcrübə”x9d mövzusunda təqdimatlar dinlənildi. Mövzular ətrafında müzakirələr və çıxışlar oldu.

Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı, xüsusi qayğıya ehtiyacı olan insanların problemləri ilə məşğul olan aidiyyatı qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, bu sahədə ixtisaslaşmış aparıcı mütəxəssislərin (internat məktəblərin, gözdən əlillər və korlar cəmiyyətlərinin ictimai birliklərinin rəhbərləri, psixoloji, defektoloji, loqopedik xidmətləri göstərən mərkəzlərin rəhbərləri, o cümlədən azərbaycanın müxtəlif ali təhsil müəssisələrin alimləri), ARTPİ-nin elmi məsləhətçiləri, direktor müavinləri, şöbə müdirləri və KİV nümayəndələri iştirak edirdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO