İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı "Unikal"a açıqlamasında deyib ki, ötən seçkilərin ağrılı və aclı nəticələri müxalifət düşərgəsində hər hansı birlik formatı yarada bilməyibsə, bu "seçki"də də blok, ya Məşvərət Məclisi alınmayacaq. Onun sözlərinə görə, bu siyasi oyunları quranlar özlərini dahi bilsələr də, kifayət qədər ağıllanmayıblar:
"Əlbəttə,
Məşvərət Məclisi bir az inandırıcı görsənir. Amma görünən odur ki, kim bu
formatları təşkil edirsə, qalib də özlərini biləcəklər və daha iştahlı olacaqlar.
İnam, etimad və ümüd bu düşərgədə artıq qalmayıb deyə yenə
də uşaqlar kimi evcik-evcik oynayırlar. Bir daha təkrar edirəm bu dartışmalarda
xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları
daha aktualdır və önə çəkilib. Hər kəs sanki ömürlük təqaüdünü (pensiya) təmin
etməkdən ötəri siyasi müxalifətdə son akordlarını vururlar. Halbuki millətə və
dövlətə sahib durmaq təfəkkürü meydanda olmalıdı. Necə ki, ötən əsrin sonunda
yaranmış situasiyalarda Elmlər Akedemyası kimi nəhəng dövlət elm ocağı millətə
və dövlətə sahib durdu və nəticə əldə etdilər. Ağsaqqalsız öz başına qalan düşərgə nədən
başlayıb, nədən qurtaracaqlarını bilmirlər". T.Abbaslı
onu da nəzərə çatdırıb ki, situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə
yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar:
"Bu
adamlar başa düşmürlər ki, artıq əvvəlki oyunlarla gündəmdə qalıb və
"qalib lider" olmaq, həvayi nəfsdən başqa bir şey deyil. Müxalifət
indiyə kimi alternativ yollar axtarmalı və yeni ideyalarla yeni siyasi manevr
etməyin yollarını sıralamalı idilər. Təəssüflər olsun ki, bu "seçki"də
də müxalifət düşərgəsində
komanda şəkilində bir ailə kimi siyasi hərakat yaratmağa və iqtidara siyasi
opanent olmağa səriştələrini biruzə vermədilər. Hesab edirəm ki, indi də
müxalifət düşərgəsi Məşvərət Məclisi formatında seçkilərə getməyə tələsməlidilər.
Amma Ağsaqqal (Milli Elmlər Akademyası) qapısına getməklə siyasi uğur qazana
bilərlər".




























































































