Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində Ukraynanın xüsusi xidmət orqanlarının, xüsusilə də azərbaycanlı polkovnik İsa Sadıqovun qərargah rəisi olduğu Cövhər Dudayev batalyonunun adının hallanması Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmaqdadır. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, İ.Sadıqovun isminin məlum olayda hallanması Rusiyanın Azərbaycana qarşı yeni təzyiq siyasəti üçün zəmin rolu oynaya bilər.
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev hesab edir ki, Nemtsovun
qətlinin Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bəllidir
və məsələdə digər şəxslərin adının hallanması qərəzli məqsəd daşıyır:
“Ən primitiv yanaşma belə
göstərir ki, Nemtsovun qətli Rusiya hökumətinin öz işidir. Kameraların söndürülməsi,
olay zamanı qar təmizləyən avtomobilin görüntünün qarşısını alması, qətldən
sonra şübhəli şəxsin öldürülməsi və s. hadisənin Rusiya xüsusi xidmət orqanları
tərəfindən törədilməsinə dəlalət edir. Bunu Ukraynanın və ya Ukraynada döyüşən
hansısa azərbaycanlının üzərinə atmaq qərəzli və uzağa hesablanan bir addımdır.
Zənnimcə, post-sovet məkanında baş verənlərə
təpgi olacaqdır. Rusiyanın özündə belə baş verənlərə etirazlar var. Rusiyadan kənarda
yaşayan ruslar belə Rusiya dövlətinin davranışlarına etiraz edirlər. Rusiyada
avtoritar bir rejim mövcuddur. Nemtsovun qətlini hansısa azərbaycanlının və ya
çeçenin adına yazmaq yanlış bir siyasətdir. Rusiyadakı insanların heç də hamısı xəstə təfəkkür
sahibi deyillər. Nemtsov kimi normal düşünənlər də var. Əziyyət çəkib Nemtsovun
qatillərini tapsınlar, demokratik bir sistem qursunlar və dünyaya inteqrasiya
etsinlər. Hamıyla düşmən olmaq rus xalqına xeyir gətirməyəcək”x9d.
Seymur Əliyev



































































































