Torpaq satışına məhdudiyyət qoyulur -  QANUNA DƏYİŞİKLİK

Torpaq satışına məhdudiyyət qoyulur - QANUNA DƏYİŞİKLİK

Hazırda oxunan: Torpaq satışına məhdudiyyət qoyulur - QANUNA DƏYİŞİKLİK

63866
Azərbaycanda fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin satışına məhdudiyətlər qoyulacaq. Moderator.az -ın "Trend"ə istinadən məlumatına görə, bu barədə bu barədə məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”x9d Azərbaycancan Respublikası qanununa təklif olunan dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərə əsasən, fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər.
Qanuna əlavə edilməsi təklif olunan 9.8-ci maddədə qeyd olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”x9d Qanununda və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdəki hallar istisna olmaqla, bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin dekabrın 16-da keçiriləcək növbəti plenar iclasında müzakirə ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO