"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı vətəndaş cəmiyyəti fəallarına qarşı edilən təzyiqlər, son həbslər və siyasi məhbusların sağlıq durumundakı problemlərlə bağlı bəyanat qəbul edib. Moderator.az-a daxil olan bəyanatda deyilir;
“Siyasi Məhbuslarsız Azərbaycan"
İctimai Alyansı ölkədə baş verən son həbslər, repressiyalar və siyasi məhbusların
səhhətində yaranan problemlərlə bağlı narahatlığını ifadə edir. Belə ki;
1.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən siyasi fəal, AXCP üzvü Hicran
Qasımov qondarma ittihamla həbs edilib, daha sonra isə onun ailə üzvləri, o
cümlədən 74 yaşlı anası Rahilə Qasımova və həyat yoldaşı Səadət Qasımovaya
zorakalıq və təzyiq edilərək polis bölməsinə aparılıb. Hicran Qasımovun həbs
edilməsi, onun ailə üzvlərinə qarşı edilən qanunsuzluq və zorakalıq hərəkətləri
hakimiyyətin siyasi maraqlarının ifadəsidir.
2.
AXCP Təşkilat şöbəsinin rəhbəri, Milli Şuranın siyasi məhbusların müdafiəsi ilə
bağlı keçirdiyi son iki mitinqin əsas təşkilatçılarından olan Rafiq Daşdəmirlinin
oğlu Sənan Daşdəmirlinin həbs edilməsi hakimiyyətin onun atasından qisas almaq
cəhdi kimi qiymətləndirilməlidir.
3.
Tanınmış vəkil Elçin Namazovun Xətai rayon Məhkəməsi tərəfindən 15 sutka
inzibati həbs cəzasına məruz qalması, ofisində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri- qanuni axtarış aparılması, sənədlərin
götürülməsi vəkilin siyasi işlərdəki fəallığı ilə bağlı olduğunu düşünməyə əsas
verir.
4.
AXCP Rəyasət Heyətinin üzvü, səhhətində ciddi problemləri olan Qarabağ qazisi
Asif Yusiflinin oğurlanması və bir gün sonra "dələduzluq", "sənədlərin
saxtalaşdırılması" ittihamı ilə gizli şəkildə məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qəti-
mkan tədbirinin seçilməsində siyasi çalarlar mövcudur.
5.
Qanunsuz həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun, REAL sədri İlqar
Məmmədovun, Musavat başqanının müavini Tofiq Yaqublunun, jurnalist Əvəz
Zeynallının və digərlərinin səhhətində davamlı olaraq ciddi problemlərin
meydana gəlməsi və Penitensiar Xidmətin bu problemləri ört- basdır etməsi
narahatlıq doğurmaqdadır. Xüsusən L. Yunusun sağlıq durumunun kritik mərhələyə
qədəm qoymasına baxmayaraq hakimiyyətin onun müalicəsi üçün normal şərait
yaratmaması və onu həbsdə saxlaması qadın siyasətçiyə olan qisasçı münasibətin
göstəricisi hesab oluna bilər.
6.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ictimai- siyasi fəaliyyətinə görə azyaşlı
övladlarına təzyiq edilməsi və Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb izahat
alınması hakimiyyətin oğullar vasitəsi ilə ataya edilən təzyiq kampaniyasının tərkib
hissəsi kimi qiymətləndirilməlidir.
"Siyasi Məhbuslarsız
Azərbaycan" İctimai Alyansı bir daha hakimiyyəti ictimai- siyasi fəallara
qarşı apardığı təzyiq kampaniyasına son qoymağa, həbsdə olan siyasi məhbusların
səhhətində yaranan problemlərin aradan qaldırılması üçün onlara təcili lazımi
tibbi yardım gəstərməyi, eləcə də həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz
azadlığa buraxmağı tələb edir.”x9d
































































































