
- A-
- A
- A+
Dövlət komitəsi müsabiqə elan etdi
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan
edib. Saytımıza daxil olan məlumatda deyilir:
“Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların,
yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki
işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq
sahəsində təbliğatın genişləndirilməsi məqsədilə
perspektivli patentlərin müəyyən
edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə
II Respublika Müsabiqəsi
E L A N E D İ R
Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar
2014-cü il tarixli Sərəncamı ilə elan edilmiş 2014-cü il Azərbaycan
Respublikasında “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilmişdir
Müsabiqə 2013-cü ildə
dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti”
nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2013-cü ildə
Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim
oluna bilər.
Müsabiqə komissiyası tərəfindən
müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan
qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim
olunacaqdır.
Müsabiqədə iştirak etmək
istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Təqdim olunan sənədlərin siyahısını
özündə əks etdirən ərizə-təqdimat. Ərizə
patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən
imzalanır;
Patentin əsli ilə birlikdə
surəti;
Patentə məxsus ixtiranın
bütün materialları (ixtiranın təsviri, düstüru, referatı, texnoloji sistemi,
cizgiləri və s.);
Mümkün istifadə sahəsi
göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;
Patent sahibi tərəfindən
verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);
Patentlə bağlı patent
sahibi tərəfindən zəruri sayılan digər sənədlər.
Müsabiqədə iştirak etmək
istəyən səxslər sənədləri 4 dekabr
2014-cü il tarixinə kimi həftənin I - V günləri saat 14.30-dan-17.30-dək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti
Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə (AZ
1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53) təqdim edə bilərlər.
Daha ətraflı məlumat
almaq üçün 412 594 37 70 (71) daxili 2-08;
(050/ 055/070) 319 07 21 telefon nömrələri ilə (əlaqəli şəxs Alı
İsmayılov) müraciət etmək olar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































