Məlum olduğu kimi rus politoloqu Pavel Klaçkov bir müddət bundan öncə mətbuata verdiyi açıqlamada Azərbaycandakı “rus düşmənlərinə” diqqət çəkmiş, bu şəxslərin Rusiyanı dağıtmaq, parçalamaq niyyətində olduğunu, bu yöndə müntəzəm bəyanat və təkliflərlə çıxış etdiyini bildirib. P.Klaçkov məlum açıqlamasında Azərbaycandan iki şəxsin ”“ ADP sədri Sərdar Cəlaloğlunun və tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəylinin adını çəkərək onların Rusiyaya münasibətindən narazılığını dilə gətirib.
Şübhəsiz,
P.Klaçkovun məlum açıqlaması hər şeydən öncə Azərbaycanda Rusiya ilə bağlı səslənən
fikirlərin ciddi şəkildə araşdırıldığını, “rus düşmənlərinin” müəyyən edilməsi
istiqamətində sistemli iş aparıldığını göstərir. Habelə, bu açıqlama Rusiyaya
münasibətdə milli maraqlar mövqeyindən çıxış edən və Kremlin işğalçı siyasətinə
qarşı kəskin mövqe ortaya qoyan şəxslərin hər an “rus düşməni” kimi hədəfə
çevrilmə ehtimalının da olduğunu təsdiqləməkdədir.
P.Klaçkovun məlum fikirləri və Rusiyada “rus
düşməni” kimi tanınmağın doğurduğu risklərlə bağlı Moderator.az-a açıqlama verən
A.Səmədbəyli, rus politoloqunun ittihamlıarının əsassız olduğunu, rus xalqına
deyil, rus şovinizminə qarşı düşmən olduğunu vurğuladı:
“Əvvəla onu deyim ki, Pavel Klaçkov bir şeyi dərk
etməlidir ki, bizim rus xalqına yox, velikorus şovinizminə qarşı düşmənçiliyimiz
var. Mən Pavel Klaçkova xatırlatmaq istəyirəm ki, Azərbaycanın bir neçə hissəyə
bölünməsində də, Azərbaycan xalqının başına açılan müsibətlərdə də, o cümlədən
sürgünlər və bu sürgünlərdə həyatını itirən on minlərlə soydaşımızın qanında,
repressiyalar və bu repressiyalarda həyatını itirən 100 minlərin qanında da
velikorus şovinizminin və bu şovinizmi təmsil edənlərin birbaşa məsuliyyəti
var. Bizim xalqın isə ruslara heç bir pisliyi keçməyib. Əksinə, almanlara qarşı
müharibədə ən az ruslar qədər cəsarətlə vuruşublar və heyif ki, bizə aidiyyatı olmayan
bu savaşda onminlərlə soydaşımız boş yerə həyatını itirib ”“ rusların xətrinə”.
A.Səmədbəyli
anti-Rusiya mövqeyi sərgiləyən şəxslərin ABŞ-dan maliyyə yardımı alması ilə
bağlı səslənən fikirlərin də reallıqla yaxından-uzaqdan heç bir əlaqəsi
olmadığını qeyd etdi:
“O
ki qaldı Amerikadan alınan pul məsələsinə, bu adam məni şəxsən tanısaydı qətiyyən
belə bir iddia irəli sürməzdi. Ona görə ki, bu günə qədər heç bir dövlətdən şəxsən
bir qəpik almış biri deyiləm və təklif də etsələr qəbul edəcək xarakterdə deyiləm”.
Rusiyanın
yaxın gələcəkdə parçalanması ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, A.Səmədbəyli
bu gün də eyni mövqedə qaldığını və bu proqnozun gerçəkləşəcəyinə inandığını
bildirdi:“Mənim Rusiyanın bölünməsi ilə bağlı dediyim fikirlər isə inşallah
yaxın beş il içində gerçəkləşməsi qaçınılmaz olan öngörüləndir”.
A.Səmədbəylinin
sözlərinə görə, o, Azərbaycanın marqlarına, mənafeyinə hörmət edən, dar gündə
onunla həmrəylik nümayiş etdirən istənilən ölkəyə minnətdardır və bundna sonra
da minnətdar olacaqdır:
“Vətənimə və xalqıma qarşı hansı dövlət
olur-olsun, hətta bu mənim ən az Azərbaycan qədər sevdiyim Türkiyə belə olsa, mən
o dövlətə qarşı olacam. Amma vətənimin və xalqımın çətin günlərində bizimlə eyni
cəbhədə olan qüvvənin dövlətindən, dinindən və milliyətindən asılı olmayaraq tərəfdaşı
olacam”.
Xocalı
qətliamının rus qoşunlarının iştirakı ilə reallaşdığına diqqət çəkən A.Səmədbəyli,
Qarabağın işğalının da Rusiya ordusunun bilavasitə dəstəyi nəticəsində gerçəkləşdiyini
bildirdi: “Sonda Pavel Klaçkova bir sualım var: cənab Klaçkov, Xocalı qətliamını
və Qarabağın işğalını kimlərin həyata keçirdiyini bilirsinizmi?”
A.Səmədbəyli
“ağıllı lider” məsələsində P.Klaçkovun fikirlərinə qatıldığını və bu məsələdə
onunla həmfikir olduğunu da vurğuladı:
“Pavel Klaçkovun sadəcə bir fikri ilə həmrəyəm;
ağıllı liderlərə ehtiyac var. Onun bu fikri çox doğrudur ”“ işğalçı olmayan,
imperiya xəyalları ilə yaşamayan, hər xalqın haqqına hörmət edən ağıllı liderlərə
xüsusilə Rusiyada çox ehtiyac var”.
Şəxsi
təhlükəsizliyi ilə bağlı rislklərə gəlincə, Rusiyanın son illər Türkiyənin
özündə bir çox çeçen hərbi liderlərinin həyatına qəsd etdiyinə diqqət çəkən A.Səmədbəyli,
Azərbaycanın mənafeyinə naminə ölümə belə hazır olduğunu söylədi:
“O
ki qaldı mənim şəxsi təhlükəsizliyimə, bir şeyi xatırladım ki, bu rus şovinizmi
çox insanların həyatına terror yolu ilə son qoyub. Son bir neçə il içərisində
elə Türkiyənin özündə neçə çeçen komutanı terror yolu ilə aradan götürdülər. Mənim
vətənim və millətim yolunda qurban verə biləcəyim bir canım var ”“ fəda olsun”.
Seymur Əliyev

































































































