“Rəsmilərimizin milli məsələlərə duyarlılığı yoxdur”

“Rəsmilərimizin milli məsələlərə duyarlılığı yoxdur”

Hazırda oxunan: “Rəsmilərimizin milli məsələlərə duyarlılığı yoxdur”
56342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi, ABŞ-da qondarma erməni soyqırımı ilə bağlı məsələnin orta məktəb dərsliklərinə salınmasını nəzərdə tutan qanun layihəsi hazırlanmaqdadır. Artıq ABŞ konqresinin bəzi nümayəndələrinin həmin qanun layihəsini imzaladığı ictimaiyyiləşsə də, Azərbaycanın əlaqədar qurumları baş verənlərə münasibət bildirməyə tələsmir. Bəzi millət vəkilləri isə bunu ümumiyyətlə əhəmiyyətsiz bir addım kimi dəyərləndirməkdədir.

Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli ABŞ-ın qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqət haqqında kifayət qədər məlumatlı olduğunu, hələ Reyqan hökuməti dönəmində bu məsələnin ciddi şəkildə araşdırıldığını bildirdi: “ABŞ dövlət idarələri erməni soyqırımı deyə bir şeyin olmadığını bizdən yaxşı bilirlər. Reyqanın prezident olduğu dönəmdə bu məsələ ən yüksək səviyyədə araşdırılıb və belə bir iddianın heç bir səbəbi olmadığı bəlli olub. Ondan sonra bu məsələnin üstü örtülüb.  Amma bəzi ştatlarda erməni lobbisinin güclü olması, bəzi ştatlarda da Türkiyə və türk düşmənçiliyinin güclü olması xoşagəlməz nəticələrə gətirib çıxarır”.

A.Səmədbəylinin sözlərinə görə, vaxtiylə SSRİ-nin Türkiyədə səfiri olan Semyon Aralovun apardığı tədqiqat da ermənilərə qarşı hər hansı soyqırım faktının olmadığını göstərir: “Ermənilərin ən böyük himayədarlarından olmuş və bu gün də belə olan Rusiyanın keçmiş diplomatlarından Semyon İvanoviç Aralov, hansı ki, 1922-1923-cü illərdə Türkiyədə sovetlərin səfiri olub, şəxsən bu məsələni araşdırıb və gəldiyi nəticə budur: Osmanlı dövlətinin başı bir neçə cəbhədə savaşa qarışan zaman arxa cəbhədə müsəlman ailələrin başsız qaldığını fürsət bilən ermənilər qətliam həyata keçirdilər. Qadın, qoca, uşaq demədən önlərinə keçən hər kəsi amansızcasına öldürdülər. Bir çox kəndləri yandırıb dağıtdılar.

Təbii ki, bu xəbər tezliklə cəbhədə savaşan ordu birliklərinə çatır. Bu hadisədən qəzəblənən müsəlman-türklər erməniləri cəzalandırırlar və erməniləri başqa ərazilərə köçürürlər. Bu cəzalandırma nəticəsində, hansı ki, ermənilər indi buna soyqırım deyir, həyatını itirən ermənilərin toplam sayı 67 nmin nəfər olub!”

Azərbaycan rəsmilərinin baş verənlərə adekvat reaksiya verməməsinə gəlincə, A.Səmədbəyli belə bir münasibətin tamamilə  gözlənilən olduğunu vurğuladı: “Bizim rəsmilərin ABŞ-da bu saxta iddianın dərs kitablarına salınmasına etinasız münasibəti təəccüblü deyil. Onların milli məsələlərlə bağlı ciddi bir duyarlılığı yoxdur. Fikirləşirlər ki, bu, Türkiyənin məsələsidir. Amma işləri düşəndə “bir millət, iki dövlət”ik deyirlər”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO