Suriyada öldürülən daha bir Azərbaycan vətəndaşının kimliyi məlum olub

Suriyada öldürülən daha bir Azərbaycan vətəndaşının kimliyi məlum olub

Hazırda oxunan: Suriyada öldürülən daha bir Azərbaycan vətəndaşının kimliyi məlum olub

48463
Suriyada öldürülən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, iyunun 9-da Suriyanın Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində həlak olan azərbaycanlının Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Çingiz oğlu Əliyev olduğu müəyyən edilib.

 Onun bir müddət əvvəl Azərbaycanı tərk edərək Suriyaya getdiyi və “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasına qoşulduğu bildirilir. 

 Xatırladaq ki, İ. Əliyevin öldürülməsi barədə azərbaycanlı döyüşçülər 10 gün əvvəl sosial şəbəkələrdə məlumat yayıblar. Döyüşçülər İ. Əliyevin meyitinin fotosunu da paylaşıblar.

 Polis əməkdaşları məhz bu fotonun köməkliyi ilə onun şəxsiyyətini müəyyən edə biliblər.

 Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO