Aslan İsmayılov: “Dəfələrlə Zakir Qaralova müraciət etsəm də”¦”

Aslan İsmayılov: “Dəfələrlə Zakir Qaralova müraciət etsəm də”¦”

Hazırda oxunan: Aslan İsmayılov: “Dəfələrlə Zakir Qaralova müraciət etsəm də”¦”

43854
Ötən il mayın 2-də Azərbgaycan əsilli alman vətəndaşı olan 22 yaşlı Vüsal Şİlderin amansızcasına qətlə yetirilməsinin bir ili tamam olmasına bir ay qalsa da cinayətin əsas sifarişçilərinin tapılıb istintaqa təhvil verilməsi yubanır. Bu ilin yayında istintaq tərəfindən qətlin sifarişçisi və ya sifarişçilərindən biri kimi tanınan Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı və Azərbaycana ekstradisiyası üçün tədbirlər görüldüyü rəsmən bəyan olunsa da sonradan sanki qurbağa gölünə daş atıldı. Bu azmış kimi Almaniya federal prokurorluğu Azərbaycanın Baş Prokurorluğuna müraciət edərək öz köməyini təklif etsə və Xəyal Əlizadənin ekstradisiyasını qısa zamanda həyata keçirəcəyini bildirsə də onların bu müraciəti də bəlli səbəblərdən cavabsız qaldı.Şilderlər ailəsinin hüquqlarını qoruyan tanınmış hüquqşünas Aslan ismayılovsa Moderator.az-a açıqlamasında baş verənləri özbaşınalıq və qanunların ayaqlar altına atılması kimi xarakterizə edir:

“Vüsal Şilderin qətlini sifariş edən prezidentin keçmiş köməkçisi Taryel Ağayevin kürəkəni Xəyal Əlizadə  hazırda Dubaydadır. Biz həmin şəxsin ölkəyə qaytarılmasını tələb edirik. Bizə deyirlər ki,  axtarış vermişik. İnterpolun rəsmi internet səhifəsinə daxil oluram. Həmin səhifədə Azərbaycandan 150 nəfərə yaxın adam axtarışda olsa da, Xəyal Əlizadə orada yoxdur. Bu barədə də dəfələrlə Zakir Qaralova və digər vəzifəli şəxslərə müraciət etmişəm. Cavab verən yoxdur. İstintaqa rəhbərlik edən Pərviz İbayev isə "biz axtarışa vermişik" deməklə işini bitmiş sayır. Bu ilin may ayının 2-də Vüsalın qətlindən bir il keçəcək, əsas günahkarlar haqqında isə heç bir tədbir görülmür.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO