ABŞ səfiri: “ Biz Sürix protokollarını qabağa aparacağıq...”

ABŞ səfiri: “ Biz Sürix protokollarını qabağa aparacağıq...”

Hazırda oxunan: ABŞ səfiri: “ Biz Sürix protokollarını qabağa aparacağıq...”

38188
ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun İrəvan səfərinə münasibət açıqlayıb. Musavat.com-un məlumatına görə, “Azadlıq” radiosunun erməni bölümünə müsahibəsində diplomat səfərin iki ölkə münasibətlərində inkişafa stimul verəcəyini deyib. 

“Biz hər bir təması alqışlayırıq. Ümidvarıq ki, iki tərəf öz münasibətlərini yaxşılaşdıra biləcək. Biz eyni zamanda erməni-türk protokollarını qabağa aparacağıq. Ancaq hələlik sizə bununla bağlı yaxşı heç bir xəbər verə bilməyəcəyəm. Ümid edirəm onlar (Türkiyə və Ermənistan XİN başçıları ”“red.) görüşəcəklər və müəyyən tərəqqi qeydə alınacaq” ”“ diplomat bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO