3 saylı təcridxanada anarxiya

3 saylı təcridxanada anarxiya

Hazırda oxunan: 3 saylı təcridxanada anarxiya

37661
  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında ciddi anarxiya hökm sürür. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, məlum istintaq təcridxanasında adi dələduzluq və xırda oğurluğa görə həbs edilənlər residivistlər və ya professional qatillərlə eyni kamerada saxlanılır: “3 saylı istintaq təcridxanası ilə bağlı bir sıra ciddi narazılıq mövcuddur ki, onlardan da biri ilk kəs məhkum edilənlərlə residivistlərin eyni kameralarda saxlanılması ilə bağlıdır. Belə ki, təcridxanada nisbətən xırda oğurluq hadisəsinə görə həbs edilən şəxslərlə peşəkar qatillər eyni kameralarda saxlanılır ki, bu da ilk məhkumluğunu yaşayan şəxslərin psixologiyasına, əxlaq və mənəviyyatına mənfi təsir göstərir. Bir çox hallarda bu cür situasiya digər dustaqların residivistlərin təzyiqinə məruz qalmasına səbəb olur ki, nəticədə məhkumlar arasında ciddi qarşıdurmalar baş verir. Halbuki, məhkumların saxlanma şəraitini təmin edən zaman onlar arasında törətdiyi cinayət əməllərinin xarakteri, məhkumluq sayı və  s. baxımından təhlil aparılmalı, məhbuslar kameralarda məhz bu analizin nəticəsinə uyğun olaraq yerləşdirilməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO