xa0
Bu gün Azərbaycanda Müqəddəs Qurban bayramı qeyd edilir. Qurban bayramı gizli çalarları, mahiyyəti ilə hər zaman Azərbaycanda da böyük sevgi ilə xa0keçirilib. Təbii ki, orta əsrlərdən bu yana xa0Qurban bayramı Azərbaycanda hər zaman qeyd edilib. Azərbaycanın yerləşdiyi coğrafiya və etiqad etdiyi İslam mənəviyyatı zaman kontekstinə sığmayıb və Qurban bayramının mənəvi aurası hər zaman dövlətçilik tariximizlə bir addımlayıb. Dünya müsəlmanlarının birlik və həmrəylik bayramı olan Qurban, XII əsr Şərq intibahında da, İslam coğrafiyasının qılınclar altında qaldığı əsrlərdə də öz aktuallığını itirməyib.
Hətta cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cumhuriyyəti və ona rəhbərlik edən hökumət də Qurban bayramına biganə qalmayıb.xa0
Moderator.az xəbər verir ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə “İqbal”x9d qəzetinin 1914-cü il sayında “Qurban münasibətilə”x9d başlıqlı məqalə yazıb. Həmin məqalədə Rəsulzadənin Qurban bayramına, onun dərinliyində yatan xa0birlik fəlsəfəsinə xa0münasibəti ümumən dövlətçiliyin mənəvi ideologiyaya olan rəğbətini özündə əks etdirir:xa0
“İştə 1500 sənədən bəri İbrahim, İsmayıl və Hacərin o sədaqətkaranə və fədakaranə hərəkətlərinin yadigarı olaraq müsəlmanlar hər il milyonlarca heyvan kəsməklə, bu hadisəni yad ediyorlar. Fəqət qurban kəsdikləri zaman etiqadini-diniyyə xa0yolunda İbrahim və İsmayıl qədər fədakarlıq və mətanət lazım gəldiyini əcəba heç düşünüyorlarmı? Heç dərk ediyorlarmı ki, İsmayılın bu qədər şöhrət və ehtiramı ancaq etiqadı və etiqadı yolunda canına belə “of demədiyindən”x9d irəli gəlmişdir?”x9dxa0
“Qurban məlum olduğu üzrə ümumi bir müsəlman bayramıdır. Fəqət bu axırıncı illərdə İslam aləmini bürüyən ixtilafati-daxiliyyə və xariciyyədən dolayı bu bayram çox nadirətlə parlaq, hüzuri-qəlb və vicdan ilə keçmişdir. Keçən illərdə müsəlmanlar həzrəti İsmayıl qurbanı zibh edərkən dindaşlarından minlərcə bigünahların necə kəsildiklərini bir növ yaddan çıxara bilməmişdir”x9d.
Hazırladı: Elmin Nuri


































































































