Qoyun oğrusu:  “Gecə gedib onun başını kəsəcəm”x9d

Qoyun oğrusu: “Gecə gedib onun başını kəsəcəm”x9d

Hazırda oxunan: Qoyun oğrusu: “Gecə gedib onun başını kəsəcəm”x9d

137369
Artıq üç ildir ki, Cəlilabad rayonunda peyda olan heyvan oğruları sakinləri cana doydurub. Ötən yazılarımızda saytımıza şikayət edən rayonun Söyüdlü kənd sakini Hidayət Ağayev bildirmişdi ki, 12 oktyabr 2013 ”“ cü ildə yaşadığım evin həyətində heyvanlarımı saxladığım tövləmdən 20 baş qoyunum oğurlanıb. Bununla bağlı Cəlilabad rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanıb. Oğurluq nəticəsində mənə 3960 manat maddi ziyan dəyib.

Moderator.az ”“ ın əməkdaşı ziyan çəkmişlərin bir qisminin siyahısını və oğurluqda şübhəli bilinən daha bir nəfərin kimliyini müəyyən edib.xa0

Oğurluq zamanı zərər çəkmiş kənd sakinləri aşağıdakılardır:

- Ələddin Hüseynov, 21 baş xırdabuynuzlu heyvan (qoyun), (Kazımabad kəndi).

- Namiq Hümbətov, 4 baş iribuynuzlu heyvan (inək). (Kazımabad kəndi).

- Firdovsi Muradov, 1 baş iribuynuzlu heyvan (dana), (Kazımabad kəndi).

- Bəybala Ataşov, 11 baş xırdabuynuzlu heyvan (qoyun), (Muğan kəndi).

- Telman Nəsirov, 3 baş iribuynuzlu heyvan (inək), (Maşlıq kəndi).

- Eldar Hüseynov, 8 baş iribuynuzlu heyvan (inək), (Uzuntəpə kəndi).

- Əsgər Əhmədov, 28 baş xırdabuynuzlu heyvan (qoyun), (Sonradan 12-si qoyun sahibi tərəfindən çətinliklə də olsa ələ keçirilsə də, 16 baş qoyundan hələ də xəbər yoxdur), (Uzuntəpə kəndi).

- Hidayət Ağayev, 20 baş xırdabuynuzlu heyvan (qoyun), (Söyüdlü kəndi).

Çox keçmədi ki, oğurluq hadisəsi ilə bağlı rayonun Uzuntəpə kənd sakinləri, Həsənov Sarəddin Ağaverdi oğlu, Hüseynov Hüseyn Röfşən oğlu və Qardaşxanov Elvin Kərəm oğlu rayon polisi tərəfindən həbs edilib. Şikayətçi Hidayət Ağayevə dəymiş maddi ziyanın 1200 manatı ödənilsə də, qalan pul hələ ki, ödənilməyib. Amma, bu oğruluq haisəsində zərərçəkmişlər iddia edir ki, oğru qrupu həbs edilən üç nəfərlə bitmir. Onlar bir neçə nəfər olublar və azadlıqda gəzənlər həbs edilənlərə söz verib ki, bizim adımızı çəkməsəniz, sizə köməklik edəcəyik.

Həbs edilmiş Qardaşxanov Elvinin atası, Kərəm Qardaşxanovla vatçap sosial şəbəkəsində danışan rayonun Kazımabad kənd sakini Ağayev Ramal Zakir oğlu, şikayətçi Hidayət Ağayevin onu həbs etdirəcəyi təqdirdə, ona baha başa gələcəyini deyir. Ramal Ağayev deyir ki: “Atam dedi ki, gecə gedib onun başın kəsəcəm. Dedim ki, lazım deyil”x9d. Kərəm Qardaşxanov oğlunun həbs edildikdən sonra, Ramal Ağayevin köməklik göstərmədiyindən narazlıq edir. Bildirir ki, Ramal, sənin “qazel”x9d markalı yük avtomobilin var. Qoyunları axşam vaxtdı maşınınla sən daşımısan.xa0

Həyatına təhlükə hiss edən zərərçəkmiş Hidayət Ağayev, daxili işlər naziri və baş prokurora müraciət edərək bildirib ki, ona bir şey olsa, məsuliyyəti birbaşa Ağayev Ramal Zakir oğlu daşıyır. Şikayətçi xahiş edir ki, həm ona dəymiş maddi ziyan ödənilsin, həm də rayon polisi tərəfindən onun və ailəsinin təhlükəsizliyi təmin edilsin.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO