Ermənilərdən cəbhədə təxribat:  -Əsgərimiz yaralandı

Ermənilərdən cəbhədə təxribat: -Əsgərimiz yaralandı

Hazırda oxunan: Ermənilərdən cəbhədə təxribat: -Əsgərimiz yaralandı

136313
Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
 
Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.
 
"Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
 
Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.
 
Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür", - Nazirliyin məlumatında bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO