Tərtərdə döyüşlər başlayıb?

Tərtərdə döyüşlər başlayıb?

Hazırda oxunan: Tərtərdə döyüşlər başlayıb?

136289
Cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarının başladığına və Azərbaycan Ordusunun düşmən mövqelərini darmadağın etdiyinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.
 
Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib:
 
"Hazırda Tərtər istiqamətində sakitlikdir. Ümumiyyətlə, bütün cəbhə xətti boyu nisbi sakitlikdir. Ola bilər ki, cəbhəyanı ərazilərdə haradasa Silahlı Qüvvələrin bölmələrinin atış təlimləri keçirilir deyə, bəziləri gurultu səslərindən bunu cəbhədə döyüş əməliyyatlarının başlaması kimi başa düşürlər. Amma həqiqətən də hələlik heç bir döyüş əməliyyatı keçirilmir.
 
Silahlı Qüvvələrimiz bütün cəbhə xətti boyu vəziyyətə tam nəzarət edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO