Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-5-dəki "dörgünlük müharibə" adını almış intensiv hərbi əməliyyatlardan, aprelin 27-28-də isə ermənilərin Azərbaycanın cəbhəyanı şəhər və kəndlərini, mülki insanları artilleriya-raket atəşinə məruz qoymasından sonra artıq 2 həftəyə yaxındır ki, cəbhədə əvvəlki günlərlə müqayisədə hələ ki sakitlikdir. Lakin bu sakitlik yalnız nisbi xarakter daşıyır. Bölgədəki bu sakitlik hər an balaca bir qığılcımla pozularaq böyük partlayış yarana bilər.

Hələlik tərəflər bir-birinin ünvanına sərt bəyanatlar səsləndirməkdə davam edirlər. Ermənistan xaricə ünvanlanmış müraciət və informasiyalarda özünü yenə də məzlum, əzilən xalq kimi göstərir, Azərbaycanın məhz silah-texnika üstünlüyünə görə cəbhədə uğurlu əməliyyatlar həyata keçirdiyinə işarə edərək kənardan maddi sərvət və silah-sursat dilənir. Daxilə ünvanlanmış məlumatları təhlil etdikdə isə görmək olur ki, sən demə, əslində, bunlar hamısı cəfəngiyyat imiş.

Aprelin əvvəlindəki hərbi əməliyyatlarda uğursuzluğa düçar olduqdan sonra Ermənistan prezidenti Serj Sarkisyanın bütün beynəlxalq hüquq normalarına tüpürərək, hərbi helikopterlə Azərbaycanın dövlət sərhədini pozaraq bir qrup silahlı şəxslə hərbi formada Xocalıya, oradan isə Xankəndinə getməsi, burada yüksək rütbəli hərbçilərlə və separatçı rejimin rəhbərləri ilə iclas keçirməsi, sonra birbaşa cəhbə xəttinə gələrək erməni əsgərlərinə "dəstək verməsi", ardınca İrəvanda Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanatlar səsləndirilməsi, neft mədənlərindən tutmuş iri şəhərlərimiziədək hamını raketlə, "çirkli bomba" və ya "atom bombası" ilə vuracaqlarını dilə gətirmələri bir daha sübut edir ki, erməni tərəfi haqq yoluna gəlmək fikrində deyil. Sarkisyanın açıq-aşkar ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana geri qaytarmaq fikrindən vaz keçməsini ifadə etməsi bunu bir daha təsdiq edir.

Onların Rusiyanın guya danışıqlarda Azərbaycanı müdafiə edərək Ermənistana xəyanət etməsi kimi fikirlər səsləndirməsi və saxta anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa çalışmaları da düşünülmüş planın tərkib hissəsidir. Əslində, hamı çox gözəl bilir ki, Ermənistan adlı dövləti məhz elə Rusiya yaradıb və ana balasını atmadığı kimi Moskva da heç zaman İrəvanı taleyin ümidinə buraxmayacaq. Eyni zamanda, Qarabağ məsələsində hər iki tərəfə təzyiq rıçaqlarını əldə saxlamaq üçün nə Azərbaycanın, nə də Ermənistanın üstünlüyə tam yiyələnməsinə imkan verməyəcək. İkincisi, bütün bu anti-Rusiya çağırışlarının oyun olduğunu bilmək üçün yüksək zəkaya malik olmağa da ehtiyac yoxdur. Onlar bu yolla, sadəcə, Rusiyadan daha çox silah və texnika almağa can atırlar və arada yaranmış fasilədən istifadə edərək buna müəyyən qədər nail də olurlar. xa0

Müşahidələr göstərir ki, onlar Dağlıq Qarabağdakı uğursuzluqları kompensasiya etmək, itirilmiş ərazilərlə yanaşı nüfuzunu da bərpa etmək üçün bütün dünya ermənilərinin səfərbərliyinə nail olmaq, cəbhəyə yaşlılardan tutmuş qadınlaradək, hətta müxtəlif ölkələrdən terrorçu qrupların üzvlərini cəlb etmək, eləcə də ağır texnika, xüsusilə uzaqvuran artilleriya sistemlərini daşımaqla məşğuldurlar. İndi Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş əraziləri - Dağlıq Qarabağ və ətraf rayonlar əsl terrorçu yuvasını xatırladır.
Ermənilər hətta bu arada Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyacaqlarına dair qanunu qəbul edəcəklərmiş kimi şantaja da əl atdılar. Lakin sonra bunun elə özləri üçün növbəti quyu olduğunu görüb geriyə addım atdılar. Lakin Ermənistanın bu günədək münaqişənin danışıqlar yolu ilə həllinə ümid verəcək cüzi də olsa, heç nə etməməsi, əksinə vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş siyasəti, üstəgəl beynəlxalq ictimaiyyətin boş söz yığnağından başqa işğalçıya qarşı konkret heç bir cəza tədbiri görməməsi və ermənilərin bundan ruhlanaraq Azərbaycanın Müdafiə Nazirliyinin də ifadə etdiyi kimi quduz it kimi dişlərini qıcayaraq hürməkdə davam etməsi region üçün xoş heç nə vəd etmir. Belə vəziyyət, onsuz da, səbr kasası dolmuş Azərbaycanı terror yuvasına çevrilmiş işğal olunmuş ərazilər üzərində öz suverenliyini bərpa etmək üçün hər an genişmiqyaslı antiterror əməliyyatlarına başlamağa vadar edə bilər.

Artıq qeyd etidyimiz kimi, ermənilər cəbhə boyu güclü silah və texnika yığaraq hücum əməliyyatları həyata keçirməyə hazırlaşırlar. Lakin o da məlumdur ki, onlar növbəti hərbi əməliyyatlar zamanı Naxçıvan Muxtar Respublikasının da ərazisini hədəfə almaq niyyətindədirlər. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla görüşündən yayılmış səs yazısı da təsdiq edir. Bu isə avtomatik olaraq məsələyə Türkiyənin də qoşulacağını, ardınca Rusiyanın Ermənistanı müdafiəyə qalxacağı deməkdir. Əlində bomba tutub oynadan meymun kimi ermənilərin də bu təhlükəli oyunu bütün regionun taleyini sual altına qoya bilər. xa0(milli.az)





































































































