"Azərbaycan beynəlxlaq təşkilatlardan reaksiya gösləyir."
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin vitse-spikeri Bahar Muradovanın çıxışına mövqeyini açıqlayarkən deyib.
B. Muradova çıxış zamanı bildirdi ki,xa0xa0artıqxa0indiki vəziyyəti 1990-cı ildəki situasiya ilə müqayisə edə bilmərik: “Bu gün əhalidə döyüş əhval-ruhiyyəsi yüksəkdir və xa0təmas xətttində yaşayan əhali öz yurdlarından çıxmayıb. Onlar öz gündəlik işləri ilə məşğuldurlar. Əksinə təmas xəttində yaşayan əhali hakimiyyətdən son günlərdə başladılan uğurlu fəaliyyəti sona çatdırmağı və işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasını tələb edirlər.”x9d
B. Muradova onu da əlavə edib ki, bu gün analar oğullarını Vətən uğrunda şəhid verməyi özlərinə şərəf bilir.
Muradova bildirdi ki, yaranmış vəziyyətlə bağlı ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə məktub hazırlanıb.
Spiker Oqtay Əsədov isə bildirdi ki, nəinki ATƏT-ə eyni zamanda AŞPA, NATO PA və digər beynəlxalq təşkilatlar da təmsil olan Azərbaycan parlamentinin xa0nümayəndə heyətlərinin rəhbərləri bu qurumların rəhbərlərinə vəziyyətlə bağlı xa0müraciət edib. “Biz artıq onlardan reaksiya gözləyirik”x9d, - deyə spiker vurğuladı.



































































































