"Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək"

Hazırda oxunan: "Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək"

123377
“İlhamə Quliyeva müsəlman qaydalarına uyğun olaraq dəfn ediləcək. Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək. Ola bilər ki, tabutda dəfn edək, ancaq mütləq müsəlman qaydalarına uyğun olaraq kəfənlənəcək. Bu vəziyyətdə deyə bilmərəm ki, onun vəsiyyətini həyata keçirəcəyik, ya yox. Nə deyibsə hər halda onu yerinə yetirməyə çalışacağıq”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında bu gün vəfat edən xalq artisti İlhamə Quliyevanın qohumu müğənni Əli Mirəliyev deyib.
xa0
Ə.Mirəliyev daha sonra qeyd edib ki, xalq artistinin səhəti qəflətən pisləşib: “Mən özüm də xəstəydim, Mərdəkanda evdə yatmışdım. Zəng vurdular ki, İlhamə xanım səni və Samirəni çağırır. Mən şəhərə çatana kimi də artıq keçinmişdi”x9d.xa0

Qeyd edək ki, İlhamə Quliyeva bir müddət öncə ATV-nin "Onlar" verilişində öləndə torpağa qoyulmaq istəmədiyini demişdi: "Mən istəmirəm ki, xa0öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujevalarla" bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram".

Rumiyyəxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO