“Hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürük”x9d 
 - Vüqar Bayramov

“Hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürük”x9d - Vüqar Bayramov

Hazırda oxunan: “Hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürük”x9d - Vüqar Bayramov
120520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov onu ölümlə təhdid edən Rusiyanın radikal “Pleskov Slavik Qrupu”x9d barəsində danışıb.xa0

V. Bayramov bildirib ki, məsələ kifayət qədər ciddidir: “Nəzərə alsaq ki, söhbət kifayət qədər radikal və eyni zamanda millətçi qrupun çağırışından gedir, o zaman məsələ ciddidir. “Pleskov Slavik Qrupu”x9d Rusiyada ən radikal millətçi qruplardan biridir. Onlar praktik olaraq bu kimi radikal çağırış və addımları ilə məşhurdurlar. Bizimlə bağlı hesabat ingilis, rus dillərində dünyanın müxtəlif ölkələrinə yayılıb. Həmin radikal qrupun da bir sıra ölkələrdə tərəfdarları var. Xüsusilə, onların tərəfdarları MDB ölkələrində daha çoxdur. Həmçinin, Avropa və Asiya ölkələrində də bu qruplaşmanın tərəfdarlarının olduğu güman olunur. İndiki məqamda biz, proseslərin daha çox necə dəyişəcəyini gözləyirik. Əgər problem dərinləşərsə, mərkəzimizə və eyni zamanda mənə qarşı hədələr artarsa, o zaman Azərbaycan dövlətinə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Baxmayaraq ki, həmin qrupun üzvləri Rusiyada yaşayırlar, güman edirəm ki, hüquq-mühafizə orqanlarımız bizə yardımcı olacaqlar”x9d.

V.Bayramov bildirib ki, burada konkret olaraq söhbət bir şəxsin zəhərlənməsi ilə bağlı çağırışdan gedir: “Bu çağırış isə elektron formada bütün dünyaya yayılırsa, məsələyə heç də sadə yanaşa bilmərik. Eyni zamanda həm də bizim mərkəzin adını yahudi şəbəkəsi ilə xa0bağlayaraq, hədəfə alıblar. Sanki arqument bundan ibarətdir ki, əgər, Azərbaycanda güclü beyin mərkəzi varsa bu, Azərbaycana tərəf idarə edilə bilməz. Bu məsələ həm də Azərbaycanın intelektual fikrinə qarşı hörmətsizlikdir. Bir daha qeyd edirəm ki, söhbət çox radikal çağırışdan gedir. Bu istiqamət üzrə bir sıra dövlət orqanları və eləcə də konkret olaraq, hüquq-mühafizə orqanları ilə məsləhətləşmələr aparmağı düşünürük”x9d.

Qeyd edək ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu”x9d İqtisadi və Sosial İnkişaf Mərkəzini yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırıb.xa0

Bu qrupun son hesabatında yazılıb: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu, Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər, onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin”x9d.(xa0musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO