Fərəc Quliyev: Yaranmış vəziyyətdən sui-istifadə hallarına son qoyulmalıdır

Fərəc Quliyev: Yaranmış vəziyyətdən sui-istifadə hallarına son qoyulmalıdır

Hazırda oxunan: Fərəc Quliyev: Yaranmış vəziyyətdən sui-istifadə hallarına son qoyulmalıdır

116814
Manatın məzənnəsinin dəyişməsindən sonra yaranmış vəziyyətdən sui-istifadə hallarına son qoyulmalıdır.xa0

Moderator.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fərəc Quliyev Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

F.Quliyev bildirib ki, manatın devalvasiyasından sonra həm ölkə daxilində istehsal edilən, həm də xaricdən idxal olunan məhsulların qiymətinin süni artırılması halları olub: “Hətta devalvasiyadan əvvəl gətirilən məhsulların qiyməti xeyli şişirdilib. Ölkə daxilində elə məhsullar var ki, onların istehsalında əlavə xərc tələb olunmur, yanacağın, enerjidaşıyıcıların qiyməti qalxmayıb. Belə olan halda son məhsulun qiymətinin qaldırılması düzgün deyil. Sui-istifadə hallarına son qoyulmalıdır”x9d.

Millət vəkili hesab edir ki, bazara nəzarət olunmalıdır: "Süni qiymət artımına son qoymağın bir yolu da idxaldan asılılığı tədricən aradan qaldırmaqdır".

F.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqları yerinə yetirməklə bu vəziyyətdən çıxmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO