Bunu Moderator.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Parisdə baş verən son terror hadisəsini şərh edərkən bildirib.
Rafiq Əliyev deyib ki, iki il öncə Avropada müharibənin başlayacağı barədə də proqnoz verib: "Avropada 2015-ci ilin sonunadək müharibə başlayacağını iki il öncə bildirmişdim. Bu yaxınlarda dostlarım məndən soruşdular ki, il qurtarır, müharibə nə vaxt başlayacaq? Dedim, tələsməyin, ilin sonuna çox var. Avropada müharibə radikal millətçilərlə miqrantlar arasında başlayacaq. Əlbəttə bu müsəlmanlarla xristianlar arasındakı münasibətləri olduqca gərginləşdirəcək. Amma müharibə Avropanın xeyrinə deyil, Avropa uduzacaq. "Yumurta" Yaxın Şərqdə və Afrikada müharibələri başlayanların başında sınacaq".































































































