Fransadakı jurnalist Aqil Xəlildən Akif Çovdarovun ünvanına ciddi ittihamlar, səs gətirən sözlər...
“Akif Covdarov! Bu quldurun, cəlladın ilk fotosunu çəkib mediaya məhz mən çıxarmışam. Çox savab iş görmüşəm özüm də bilmədən”x9d.
Bu sözləri “Azadlıq”x9d qəzetinin Fransada yaşayan əməkdaşı Aqil Xəlil facebook profilində yazıb. Jurnalist bu günə qədər yaşadıqlarında ilk növbədə bu şəxsi məsuliyyətli bildiyini onun fotolarının müşayiətilə statusunda açıq şəkildə ifadə edib: “Hansı ki, həmkarımız rəhmətlik Elmar Hüseynovun qətlindən tutmuş daha çirkli cinayətlərdə əməlləri varmış bu yaramazın! Hətta məni vəhşicəsinə döyüb, izlədib, şərlədib və daha sonra da öldürmək də istəyirdilər”¦ Amma mən sağ qaldım. Bəs siz indi düşdüyünüz zibillikdən sağ çıxa biləcəksiz? Taleyin işinə baxın! Atdığınız bumeranq məhz özünüzə qayıdıb!!! Təsadüfə baxın ki, illərdir gözlədiyim Avropa İnsan Haqları Məhkəməsinin qərarı məhz bu vaxta təsadüf etdi. Hökumətimiz də belə desək, öz təqsirini necə də rahatca etiraf etdi. Görünməmiş nəticə! İndi hökumətimizin əlinə çox fürsət düşüb. Bu Akif Çovdarovlardan necə gəldi eninə-boluna istifadə edəcək. Hətta bunlardan Strekalinlər (zamanında qeyri-ənənəvi orientasiyalı Strekalin soyadlı bir şəxsi A.Xəlilin üzünə qoymuşdular-S.T) yaradılacaq. Bu Milli Təhlükəsizlik (əslində təhlükəli yazılmalıdır) Nazirliyi (MTN) ovu ərəfəsində bütün edilən cinayətləri (Hacı Məmmədov olayındakı kimi) məhz bu quldurların üstünə yükləsələr məni qınamayın”x9d.
A.Xəlil eyni zamanda sözügedən hadisələr baş verən zaman ona ayrılan polis mühafizəsini də yada salıb: “Yadinizdadırsa bir zamanlar hökumətimiz “humanistlik”x9d edərək mənə polis mühafizəsi də ayırmışdı”¦ Etiraf edim ki, ölkəni tərk edən günə qədər Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları məni necə var, mühafizə etdilər. Ona görə yox ki, ölkədə hansısa bir jurnalistin taleyi təhlükədə idi. Ona görə ki, DİN və MTN arasında olan “soyuq müharibə”x9dnin göstəricisi idi”¦ Nə vaxtsa (bu yaxınlarda) hökumət eyni "humanist" addımını atsa inanmayın ki, bu cinayətlərə görə həbs olunur. Ona görə ki, hökumətin öz maraqlarına, öz cinayətlərini ört-basdır etməkdən və nələrdən ötrü! Bütün bu sistem başdan-ayağa quldurlaşıb! Ümid edirəm ki, ölkəmiz quldurlardan nə vaxtsa azad olunacaq. İntiqam Əliyevlər, Xədicə İsmayıllar, Seymur Həzilər, Leyla və Arif Yunuslar, Tofiq Yaqublular və digər şərlənib həbs olunan dostlarımız azadlığa qovuşacaq!”x9d































































































