Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvana növbəti səfərinin iki əsas səsəbi var.
Bunlardan birincisi, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad edilərək Azərbaycana qaytarılması və bunun əvəzində rusiya ilə Ermənistan arasında kommunikasiya xətlərinin açılması, ikincisi isə MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsi ilə bağlıdır.
Bunu Moderator.az -a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Dağlıq xa0Qarabağ münaqişəsindən həllində Kremlin mövqeyi ATƏT Minsk Qrupunun xa0metodundan müəyyən mənada fərqlənir: ”x9dBelə ki, Rusiya indiki halda Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun erməni işğalından azad olunaraq Azərbaycana qaytarılmasını istəyir. Bunun əvəzində isə Rusiya ilə Ermənistan arasında dəmiryolu, avtomobil yolu və digər kommunikasiya xətləri açılır. Dağlıq Qarabağın statusu isə qeyri-müəyyən vaxta qalır.”x9d

Politoloq əlavə etdi ki, Rusiyanın digər bir variantı isə ondan ibarətdir ki, xa0MDB-nin xarici sərhədlərini möhkəmləndirməklə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına nail olmaq: “Yəni MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsi adı altında torpaqların işğaldan azad olunmasını istəyir. MDB dövlət başçılarının sonuncu Astana sammitində xa02016-2020 illərdə xarici sərhədlərin möhkəmləndirilməsi ilə bağlı proqram imzalandı. O proqrama əsasən də Azərbaycanla İran arasındakı sərhəd MDB-nin xarici sərhədi hesab olunur ki, bunun da 122 km.-i ermənilərin işğalı altındadır. Rusiya da bu proqramı icrası adı altında həmən o 122 km-lik sərhəd xa0zolağının işğaldan azad olunmasına nail olmaq istəyir”x9d, deyə politoloq vurğuladı.
Ekspert hesab edir ki, Rusiya bu yolla SSRİ-ni başqa adal bərpa etmək yox, əksinə MDB məkanın gözləyən radikal dini qruplaşmalardan, İŞİD-dən və digər terrorçu təşkilatlrdan qorumadır. “Məhz bu məqsədlə bu pqoqram qəbul edilib.”x9d


































































































