Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.
“Qafqazinfo”x9d xəbər verir ki, MSK üzvü Validə Kazımova bildirib ki, vətəndaşlar Əhmədov Əhəd, Məmmədov Bəybala 54 saylı Şabran-Siyəzən seçki dairəsində seçkinin nəticələrinin ləğv edilməsi və yenidən seçki keçirilməsi MSK-ya müraciət edib.
MSK-nın Ekspert qrupu araşdırıb ki, şikayət üçün heç bir əsas yoxdur. Seçki günü baş vermiş saxtakarlıqla bağlı dairəyə heç bir şikayət etməyiblər.
Onlar DSK-da məşvərətçi səs hüquqlu üzv kimi qeydiyyatdan keçməyiblər. Müəyyən olunub ki, onlar namizəd Elza Qasımova tərəfindən işlə təmin edilməsi vədi altında aldadılıblar.
Qərara alınıb ki, seçkilərin ləğv edilməsi bağlı şikayətin qanuni əsası yoxdur və təmin edilməyib.
Həmçinin bu gün keçirilən iclasda Müsavat Partiyasının 10, 25, 31, 50, 120, 15 , 46, 33, 34, 13 saylı dairələrdən qeydə alınmış namizədlərinin müraciətlərinə baxılıb. Müraciətlərdə qeyd olunur ki, namizədlər müvafiq seçki dairələri üzrə yekun protokollarının etibarsız sayılması , o cümlədən namizədlərin adlarının seçki bülletenindən çıxarılmaması, deputatlığa namizədliyinin qeydə alınması ilə bağlı DSK-ya müraciət in ləğv edilməsi ilə məsələlər qaldırılıb. Ekspert Qrupunun üzvləri tərəfindən müraciət nəzərdən keçirilərək məlum olub ki, şikayətlərin hamısı eyni qrupa aid olduğundan bir icraatda birləşdirilib. Araşdırma prosesində onlarla əlaqə saxlanılıb. Yekun protokolların etibarsız sayılması, seçkilərin baş tutmamasını tələb edən müraciətlərdə ərizəçilər tələblərini onunla əsaslanıdırıb ki, onların namizədliyinin ləğvi barədə ərizələri müvafiq DSK-lar götürməkdən imtina ediblər.
Qeyd edirlər ki, adlarının seçki bülletinində olması digər namizədlərin hüquqlarının pozulmasına səbəb olub. MSK araşdırıb ki, adların bülletendə qalması seçkinin nəticələrinə təsir edə bilməzdi. Digər müraciətlərin də hüquqi əsası olmadığından müraciətlər təmin edilməyib.
Partiya üzvü Mustafa Hacılı araşdırmanın nəticəsi ilə bağlı iclasda çıxış edərək deyib ki, istənilən halda komissiya sədri namizədliyin geri götürülməsi ilə bağlı ərizəni qəbul etməli idi: “ İstənilən vaxt ərizəmi geri götürə bilərəm və mənim bu hüququmu heç kəs məhdudlaşdıra bilməz”x9d.
Partiya üzvü Gülağa Aslanlı bildirib ki, seçkidən imtina edib, amma ona 487 səs yazıblar:”x9dMən bu yeməyi yeməkdən imtina edirəm, amma MSK deyir ki, bu yeməyi zorla yeməlisən”x9d.
MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, partiya məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.

































































































