Aysel Əlizadə:

Aysel Əlizadə: "Ramin Hacılı bir həftəyə geri qayıdacaq"

Hazırda oxunan: Aysel Əlizadə: "Ramin Hacılı bir həftəyə geri qayıdacaq"

102842
"Bu gün Ramin Hacılı haqqında yazılanlar yalan və böhtandır. Ayıbdır".

Bunu Moderator.az-a açıqlamada Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə bildirib.

Aysel Əlizadə deyib ki, Ramin Hacılının kimisə aldatdığını iddia edənlər konkret ad, soyad yazsınlar: "Şikayət edəni ağıllı sayt H.X kimi verib. H. X adında adam olur? Adını, soyadını, kimliyini yazsın".

Aysel Əlizadə bildirib ki,  Ramin Hacılı bir həftəyə Azərbaycana qayıdacaq: "Yüz dənə işi var. Necə gedibsə heç mənim də xəbərim olmayıb. Olsaydı polisə məlumat verməzdim".

***

Ramin Hacılı  da öz Facebook səhifəsində məsələyə aydınlıq gətirib: "Dostlar, mən heç yerə qaçmadım. Ayın 2-si Bakıda olacam.Ciddi problemlər səbəbindən Türkiyədədir: "İki gün yolda oldum. Kiməsə xəbər verə bilmədim. Yaxşı oldu, dost və düşmən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm, bu əsnada alınmayan işlərə görə qaytaracaqlar var və onları da bir həftəyə həll edəcəm. Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gəlincə məhkəməyə müraciət edəcəm və həqiqəti ortaya çıxaracam. Fürsətçillik etməyin, adamın başına iş gələr. Gözləyin, lütfən bir həftə".

Xatırladaq ki, bu gün mətbuatda Ramin Hacılının bir nəfəri aldadaraq 18 min manat pulunu aldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, Ramin Hacılı iki gün öncə qəfildən, heç kimin xəbəri olmadan ölkəni tərk edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO