Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın... - Elmi-lədun

Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın... - Elmi-lədun

Hazırda oxunan: Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın... - Elmi-lədun
634614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ey sülhpərvər xalq! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik olun ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasınız. 
 
Yaradanın nəzərində ən sevimli şey insafdır; Allahı sevirsinizsə,  insafdan üz çevirməyin. İnsaf  Yaradanın bizə bir bəxşişidir; onu gözünüzün önündə saxlayın.
 
Ey insanlar! Sevgi Yaradanın qalasıdır; oraya daxil olan kəs nicat tapar və əminamanlıqda olar; ondan üz çevirən kəs isə, yolunu azar və həlak olar. 
 
 Yaradan sizi zəngin yaratdı; nə üçün yoxulluğa yuvarlanırsınız? Yaradan sizi əziz yaratdı; nə üçün özünüzü zəlil tutursunuz? Yaradan sizi elm cövhərindən yaratdı; nə üçün Yaradandan deyil başqasından elm axtarırsınız?
 
 Ey sülhpərvər xalq! Kainatı başdan başa axtarsan Yaradanın qüdrətindən başqa heç nə tapa bilməzsən!
 
Yaradan sizi əbədiliyə çağırır;  siz isə faniliyə meyl edirsiniz.
 
 Öz məqamınızla fəqirlər qarşısında lovğalanmayın.
 
Allahın yaratdıqlarından biri sizə üz tutub bir şey istəsə, onu rədd etməyin.
 
 Ey ağıl sahibləri! Hesabata çəkilməmiş, hər gün özünüzə hesabat verin. Çünki, ölüm sizi qəflətən haqlayar və əməllərinizin hesabını verməli olarsınız.
 
Yaradan ölümü sizin üçün bir şadlıq müjdəsi etdi; nə üçün ondan hüzünlənirsiniz?!.
 
 Allah Günəşi  öz şəfəqlərini sizin üzərinizə səpmək üçün yaratdı! Nə üçün o nurdan pərdələnirsiniz? (Evinizə qalın pərdələr vurursunuz?!)
 
 Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz! 
 
Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini bizə açsın və əbədiyyət nuru ilə bizi işıqlandırsın! 
 
Fikirləş və düşün: boş boşuna yatağınızdamı ölmək istəyirsiniz,   ya elmlənib sirləri tapıb bəşəriyyətə fayda vermək?!
 
 Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar!
 
 Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyin  ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz.
 
 Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın!
 
Paşa Yaqub – Pangeyist
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO