"Qan qrupları ona görə çoxdur ki, antigenlər qirmızı qan hüceyrələrinin səthində müxtəlif cür qruplaşa bilər..."
"Bu gün aparılan bütün tədqiqatlardan sonra da sadə eritrositlər bizi hələ də təəccübləndirə bilər..."
30 il öncə aşkar edilən nadir antigenlə bağlı sirrin tədqiqatı ilə məşğul olan alimlər Er adlandırılan yeni qan qrupları sistemini aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə "Beautytips" nəşri yazıb.
İnsanın qan qrupu qırmızı qan hüceyrələri üzərində spesifik antigenlərin mövcudluğu və ya olmaması ilə müəyyən edilir. Ən məşhur olan qan qrupları A, B, O və AB (müsbət və mənfi rezus-amillə). Lakin bəzi fərqləri olan bir neçə qan qrupu sistemləri mövcuddur.
Məqalədə deyilir ki, "qan qrupu" termini bir sıra genlər tərəfindən spesifikliyinə nəzarət edilən qırmızı qan hüceyrələrinin antigenləri daxil olmaqla qan qrupu sisteminə aiddir.
Cəmi 44 qan qrupu sistemləri mövcuddur və Bristol Universitetinin alimləri tərəfindən sonuncusu bu günlər kəşf edilib. Qan qrupları ona görə çoxdur ki, antigenlər qırmızı qan hüceyrələrinin səthində müxtəlif cür qruplaşa bilər.
Alimlər komandası qırmızı qan hüceyrələrinin Er adlanan geniş yayılmış antigenlər kolleksiyasını öyrənib. Bu antigenlərin təxminən 40 il öncə aşkar edilməsinə rəğmən, onlar artıq bəlli olan qan qrupu sistemlərinin heç birinə daxil edilməyib.
Tədqiqatın gedişində Er antigenlərini kodlaşdıran DNT genləri qırmızı qan hüceyrələrinin yad antigenləri üçün spesifik olan aloanticismlər aşkar edilən insanlarda təhlil edilib.
Alimlər komandası Piezo1 zülalını kodlaşdıran gendə dəyişiklik aşkar edib, onlar bu adamlarda qırmızı qan hüceyrələrinin səthində zülalda dəyişiklik törədir.
Hüceyrə xəttində genetik redaktədən istifadə etməklə tədqiqatçılar təsdiq edib ki, Piezo1 zülalı Er antigeninin özünü büruzə verməsi üçün lazımdır və müəyyən edib ki, Er tərkibində Era, Erb və Er3 antigenlər, habelə iki yeni Er4 və Er5 yüksək xəstələnmə antigenləri olan qan qrupu sistemidir.
Aloanticisimlərin olması donor və resipiyent uyğun gəlmədikdə qanköçürmə zamanı problemlər yarada bilər, həmçinin hamiləlik zamanı immun sistemə hücum edə bilər. İki Er4 və Er5 yeni antigenlər dölün və yenidoğulan körpənin ciddi hemolitik xəstəlikləri ilə bağlıdır.
Pres-relizə görə, bu yaxınlarda aşkar edilən antigenlərə qarşı aloanticismləri olan iki hamilə qadının müayinəsi zamanı uşaqsalma baş verib. Bu tədqiqat nadir qan qruplarına testlər işləyib hazırlamağa kömək edə bilər, bu da belə pasiyentlərə qulluq edilməsini yaxşılaşdıra bilər.
"Bu iş onu nümayiş etdirir ki, hətta bu gün aparılan bütün tədqiqatlardan sonra da sadə eritrositlər bizi hələ də təəccübləndirə bilər", - bunu Bristol Universitetinin hüceyrə biologiyası professoru Eş Toy bəyan edib.


































































































