"İlham Əliyevin bu dedikləri hansısa ciddi məlumatlar əsasında yaranmış bir qənaətdir..."

Hazırda oxunan: "İlham Əliyevin bu dedikləri hansısa ciddi məlumatlar əsasında yaranmış bir qənaətdir..."

585400
"Paşinyan dəfələrlə "Qarabağ Azərbaycanın tərkib hissəsidir" söyləyib.  Amma bununla yanaşı, Qarabağla bağlı öz planlarında olan maddələri səsləndirmir..." 
 
"Paşinyanın bəyanatlarını dəyərləndirmək çox çətindir. Çünki onun çıxışlarında istənilən  mövzuda istənilən fikri tapmaq olar(gülür)... Söylədikləri bir-biri ilə ziddiyyət təşkil edir.  Ona görə də, onun bəyanatlarına heç kəs ciddi yanaşmır.  Və Azərbaycan Prezidentinin də son çıxışı göstərdi ki, Paşinyanı öz sözünə hörmət edən, dediyi sözün üstündə duran, həmçinin onunla bağlanılmış hansısa razılaşmaya etibar edilməli olan bir siyasətçi kimi qəbul etmək olmaz. Çünki onun çıxış və davranışları ciddi siyasət adamlarına xas deyil...  Təbii ki, ölkə başçısı bu fikri diplomatik şəkildə deyib. Amma mənası bu anlama gəlir. Odur ki, bu baxımdan hər şey bəllıdir..."
 
Bu fikiləri  Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülüfüqarov Ermənistan baş naziri N.Paşinyanın yanvarın 10-da etdiyi çıxış və bəzi bəyanatları və eyni gündə sanki bunlara qarşılıq olaraq Azərbaycan Prezidenti İlham Əliyevin kəskin notlarına münasibət bildirərkən ifadə edib.
 
"Bir daha xatırladıram: 2022-ci ildə dövlətimizin Qarabağ siyasəti barəsindəki ümumi təəssürat ondan ibarətdir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasətini həyata keçirirdi, Ermənistanın təxribatlarına cavab olaraq siyasi təzyiqlər və hərbi güc tətbiq olunurdu. Ancaq təəssüflər olsun ki, Ermənistanda bəzi havadarlarına yaranan arxayınçılıq səbəbindən sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışırlar. Və yenə istisna etmirəm ki, bu il də ermənilər prosesi eyni mövqedən davam etdirməyə çalışacaqlar. Son çıxışında da cənab Prezident vurğuladı ki, Ermənistanın öz məkrli məqsədlərinə nail olması üçün hansısa geopolitik dəyişikliklər gözlədiyi təəssüratı yaranır. Yəni hesab edirəm ki,  İlham Əliyevin bu dedikləri hansısa ciddi məlumatların əsasında yaranmış bir qənaətdir... Və bu baxımdan düşünürəm ki, 2023-cü ildə də ermənilərin köhnə davranışı davam edəcək: yenə də özlərini sülhmeyilli kimi göstərmək üçün müəyyən bəyanatlar verəcəklər. Ancaq  bunun bəyanatlardan real addımlara keçəcəyinə inanmıram... Çünki Paşinyanın son çıxışlarında Qarabağa aid hansı fikirlər səsləndirdiyini də görürük. Bəzən elə danışır ki, sanki bu, Azərbaycanın yox, Ermənistanın ərazisidir. Odur ki, vəziyyət bəllidir..."- deyə açıqlamasının davamında politoloq bildirib.
 
"Axı, Paşinyan həm də o fikri bir daha vurğuladı ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan dövlət yoxdur  və bu, reallıqdır?" sualını isə keçmiş xarici işlər naziri belə cavablandırıb.
 
-Bilirsiz, bu, təzə bir fikir deyil, Paşinyan bunu dəfələrlə söyləyib.  Amma bununla yanaşı, Qarabağla bağlı öz planlarında olan maddələri səsləndirmir. Yəni ötən söhbətimizin əvvəlində dediyim kimi,  2021-ci ildə məğlub Ermənistanda keçirilmiş baş nazir seçkilərində Paşinyanın partiyasının proqramında Qarabağa aid şüarı belə idi: “Xilas naminə ayırmaq!”. Yəni Qarabağı Azərbaycandan ayırmaq hesabına Ermənistanı xilas etmək. Bunların məqsədi budur..."
 
Sultan Laçın 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO