Peskovun

Peskovun "Rusiya hara gedir?" sualına cavabı jurnalistləri şoka saldı...-VİDEO

Hazırda oxunan: Peskovun "Rusiya hara gedir?" sualına cavabı jurnalistləri şoka saldı...-VİDEO

576907
Putinin mətbuat katibi ölkənin hansı istiqamətdə getməsi ilə bağlı "təxribat xarakterli" suala cavabı ilə jurnalistləri təəccübləndirib.
 
Moderator.az bu haqda Ria-m.tv" nəşrinə istinadla məlumat yayıb. 
 
Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın hara getməsi və vəziyyətin daha da pisləşəcəyi ilə bağlı rus təbliğatçılarına qəribə şərh verib.
 
Rusiyalı jurnalistlərdən biri("Rossiya" kanalının müxbiri) Rusiyanın gələcəyi ilə bağlı sualları ilə Putinin mətbuat katibi Dmitri Peskovun qarşısına atılıb.
 
"Sizcə, biz nəyə doğru gedirik? Hər şey getdikcə daha da pisləşir?", - deyə jurnalist soruşub.
 
"Bilirsiz,  biz hərəkət etmirik... Biz artıq... " qarşıdurma"  adlanan stansiyaya gəlib çatmışıq... Bizi heç kim bəyənmir və buna heç ehtiyacımız da yoxdur", - Peskov belə deyib.
 
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyası ilə kollektiv Qərb arasında münasibətlərin əslində dondurulduğunu və qarşıdurma mərhələsində olduğunu bildirib.
 
Həmin ərəfədə isə Putin Ukraynada müharibənin uzun müddət davam edə biləcəyini söyləyib...
 
 
 
 

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO