Torpağın altında yatan insana üstünü bəzəyən daşdan nə fayda?

Torpağın altında yatan insana üstünü bəzəyən daşdan nə fayda?

Hazırda oxunan: Torpağın altında yatan insana üstünü bəzəyən daşdan nə fayda?

79880
Moderator.az-a gənc şairə Nuranə Nihan aşağıdakı şeiri göndərib:








Nə fayda?

O gözlər ki, həqiqəti görməyə,
Ona sipər çəkən qaşdan nə fayda?
İncə duyğulardan kasad ürəyə,
Ağıldan nə fayda,başdan nə fayda?

Heç nə vec verməyir nəfsin güdənə,
Yamanlıq etməyə adət edənə.
Dərdindən içinin yağı gedənə
Kababdan nə fayda, aşdan nə fayda?

Həyat mürəkkəbdir, getmə dərinə,
Bilmək olmur xeyiri nə, şəri nə,
Sağlığında unudulan birinə
Öləndə tökülən yaşdan nə fayda?

Ruh geri dönərmi çıxdığı cana,
Bir ömrün vədəsi yetibsə sona,
Torpağın altında yatan insana
Üstünü bəzəyən daşdan nə fayda?

Hərə bu dünyada bir yolu seçdi,
Kim nəyi əkdisə,onu da biçdi,
Nihan,olan oldu,keçən də keçdi,
Bəlkədən nə fayda,kaşdan nə fayda?

Nuranə Nihan 2015.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO