Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər

Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər

Hazırda oxunan: Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər

109938
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) ““Kİtabi-Dədə Qorqud”x9d dastanında qəhrəmancasına elçilik və Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər”x9d yazısını təqdim edirik:

Birinci hissəni bu linkdən oxumaq olar---moderator.az/news/109105.html

II HİSSƏ

....Boylarda qəhrəmancasına elçilik məsələsinə gəlincə, qeyd edək ki, bu cür səhnələrin islamiyyətlə heç bir bənzərliyi, əlaqəsi hiss olunmur. Yalnız yeri gəldi-gəlmədi “Məhəmmədə salavat çevirdi”x9d ifadəsinin işlədilməsi sıravi oxucunu çaşdıra bilər. Bu ifadə, demək olar, bütün boylar boyu səpələnmişdir. Lakin mahiyyət etibarilə əsərin ruhuna uyğun gəlmədiyindən, yamaq kimi görünür. Ümumiyyətlə, dastanda islami inanc və düşüncə tərzi boyların dili, məzmunu, buradakı bir sıra ənənələrlə qətiyyən uyğun gəlmir. Sadəcə, eposun məzmununda islamiyyətin bir sıra əlamət və çalarları özünü büruzə verir ki, bu da abidədə xüsusi bir lay təşkil etməklə məhdudlaşır. Beləliklə, sevindirici haldır ki, “Dədə Qorqud”x9d boyları islamla, yarandığı, formalaşdığı dövrdən çox-çox sonralar, bir növ, çarpazlaşmasına, qovuşmasına baxmayaraq, mətnində, daxili qanunauyğunluğunda əski oğuz düşüncə tərzini, dünyaduyumunu, əqidə və inanclarını, adətlərini, dil-üslub özünəməxsusluqlarını çağdaş zamanımızacan qoruyub saxlaya bilmişdir. Dastanda təsadüf edilən qəhrəmancasına elçilik motivləri də əski oğuz yaşam tərzinin, evlilik, ailə mədəniyyətinin bariz nümunəsi olan adətlərdəndir. “Qəhrəmancasına elçilik”x9d ifadəsinin tərkibindəki “qəhrəman”x9d sözü burada yalnız qoçaqlıq, igidlik və mərdliyi, cəsurluğu deyil, eyni zamanda müdriklik, sadiqlik, xeyirxahlıq anlamlarını ifadə eləyir. Misal üçün, “Bayburanın oğlu Bamısı Beyrək”x9d boyunda el ağsaqqalı, elin bilicisi olan Dədə Qorqudun Dəli Qarcarın yanına onun bacısı Banuçiçəyi Beyrək üçün istəməyə tərəddüdsüz yollanması bir tərəfdən ulu ozanın öz müdrikliyinə, inanclarına güvənməsi ilə bağlıdırsa, eyni zamanda, Qorqud Atanın xeyirxahlıq missiyası həyata keçirməsi kimi dəyərləndirilməlidir. O, həyatını təhlükəyə ataraq özündə cəsarət tapır ki, bu da ozanın, Qorqud Atanın igidlikdə heç də oğuz bəylərindən, igidlərindən geri qalmadığını göstərir: “Dostlar, bir halda ki, məni göndərirsiniz, bilirsiniz ki, Dəli Qarcar bacısını istəyəni öldürür; barı Bayındır xanın tövləsindən iki şahanə yüyrək at gətirin, biri keçi başlı Keçər ayğırı, biri də toğlu başlı Duru ayğırı. Birdən qaç-qov olarsa, birini minim, birini yedəkləyim.”x9d Göründüyü kimi, Dədə Qorqud əski oğuz inanclarına nə qədər bağlı olub Tanrıya tapınsa belə, yenə ehtiyatı əldən vermir. Klassik eşq dastanlarının qəhrəmanları kimi, fövqəltəbii qüvvələrə tam arxayın deyil. O, gözüyumulu təhlükəyə atılmır. İlk növbədə öz müdrikliyinə, mindiyi atlara güvənir. Lakin buna baxmayaraq, yenə Dədə Qorqud Dəli Qarcardan xilas ola bilmir. Dəlinin onu haqlayıb öldürəcəyini görəndə, oğuz elinin ruhani ağası, daha doğrusu, şamanı ilahi qüvvənin köməyinə sığınır və fövqəltəbii güc nəticəsində həyatını xilas edə bilir: “Dədəni qova-qova Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan Dədə Qorquda çatdı. Dədənin yaddaşı canlandı. Tanrıya sığınıb, Allahın müqəddəs adına dualar oxudu.
Dəli Qarcar qılıncını əlinə aldı. Qolunu yuxarı qaldırıb, hücum etdi. Dədə Qorqud el-obanın ruhani ağası olduğu üçün diləyi qəbul olundu. Dəli bəy Dədəni baltaya oxşar silahla vurmaq istəyəndə Dədə Qorqud dedi: ”“ Vursan, əlin qurusun! Allahın buyurduğuyla Dəli Qarcarın əli yuxarıdan aslı qaldı.”x9d Nümunədən də aydın olduğu kimi, burada şamanlığı islama uyğunlaşdırmaq, islami inanclarla əvəz etmək cəhdi hiss edilsə də, “Dədənin yaddaşı canlandı”x9d ifadəsi Dədə Qorqudun islami ruhanisi deyil, sırf şaman olduğunu təsdiq edir. Beləliklə, duası, diləyi Tanrı tərəfindən qəbul edilən Dədə Qorqudun nəinki özü ölümdən xilas olur, üstəlik, etdiyi elçilik də baş tutur. Çox ağır şərtlərlə də olsa, Dəli Qarcar bacısının Beyrəyə nişanlanmasına razılıq verir. Nəhayət, bu şərtlərin yerinə yetirilməsinin mümkünləşməsində də yenə əsas rolu Qorqud Atanın müdrikliyi oynayır. Bu elçilik adi bir elçilik sayıla bilməz. Çünki burada Dədə Qorqud qeyri-adi, müdrik bir qəhrəmanlıq nümayiş etdirir. Qeyd edək ki, əski oğuznamələrdəki qam-şaman kompleksinə dayanan bu cür səhnələrin əlamətdar cəhətlərindən biri də odur ki, burada insanın rolu daha böyükdür. Başdan-başa islam mücərrədliyi və fantastikası ilə süslənmiş orta əsr məhəbbət dastanı qəhrəmanlarındakı qədər insan passivliyi yoxdur bu oğuznamələrdə. Burada insan-qəhrəman yalnız ən dar məqamda ”“ gücünün, müdrikliyinin, şücaətinin, qəhrəmanlığının işə yaraya bilmədiyi anlarda magik yardımdan bəhrələnməyi ağlına gətirir ”“ yaddaşı təzələnir. İlk növbədə o özü fəaldır, özünə güvənir, arxayın düşərək, ehtiyatı əldən vermir. Buna Dədə Qorqudun təhlükəli səfərə (elçiliyə) gedərkən hər ehtimala qarşı iki yaxşı at götürməsinin özü də əyani sübutdur.
“Qanlı Qoca oğlu Qanturalı”x9d boyunda isə məsələ xeyli fərqlidir. Burada sevən (daha doğrusu, özünə uyğun qız almaq istəyən) oğlan ”“ igid öz elçiliyinə qəhrəmancasına özü yollanır. Bu, daha təhlükəli bir səfərdir. Qızı almaq istəyənlər üçün ata ”“ Trabzon Təkuru elə şərtlər qoyub ki, bu şərtləri yerinə yetirməkdən heç bir igid sağ-salamat xilas ola bilmir. Qanturalı bunu bilə-bilə özündə cəsarət tapıb Selcan xatun uğrunda həyatını təhlükəyə atır. Lakin oğuz igidi burada da təkcə öz fiziki gücünə, qoçaqlığına deyil, eyni zamanda, meydanda quduz aslanla, buğa ilə, qara nərlə təkbətək, silahsız-filansız vuruşarkən yanında apardığı qırx igidin dualarına arxalanır: Qanturalını təhlükə qarşısında görüb ağlaşan igidlərə bəyləri əmr edir ki, ağlaşmayın, qopuzumu götürüb öyün məni. Burada igidi öymək, tərifləmək, qopuz çalmaq dua xarakteri daşıyır. Qanturalı özü də “Böyük polad qılıncım yoxdur ki, üstümə atılan vaxt onu iki böləydim. Sənə sığınıram, comərdlər comərdi böyük Tanrı, kömək!”x9d (3, 103) ”“ deyə Allaha dua eləyib, quduz aslanla savaşa atılır. Təsvir edilən səhnədə igidliklə, güclə, şücaətlə yanaşı əlavə üç müqəddəslik birləşib oğuz igidinə yardımçı olur: Tanrının, Sevginin və Qopuzun müqəddəsliyi. Ümumiyyətlə, oğuz cəmiyyətində Qopuz da, Sevgi də Tanrı qədər müqəddəs sayılaraq uca tutulmuşdur. Dədə Qorqudun özünün belə müqəddəs bilinməsinin bir səbəbi də onun əlində qopuz tutması, ozanlığı ilə bağlı idi. Qopuz və Sevgi oğuz düşüncəsində insanla Tanrını əlaqələndirən vasitələrdir. Sevgiyə tapınmaq, Qopuza tapınmaq, Ozanı müqəddəs tutmaq oğuzların ən ümdə dəyərlərindəndir və bu dəyərlərə Azərbaycan cəmiyyətində bu gün də təsadüf olunmaqdadır.
Beləliklə, Qanturalıya Sarı donlu Selcan xatunun eşqinə müqəddəs qopuzunun sədaları altında elə bir güc gəlir ki, o, buğanı və quduz aslanı Tanrının izni ilə asanlıqla məhv eləyə bilir. Növbə qara buğraya çatanda igid artıq xeyli yorulmuşdu. Dəvənin qoltuğundan girir və başı hərlənib yıxılır. Onu görəndən bəri igidə bir könüldən min könülə vurulub aşiq olan Selcan xatun çox narahatlıq keçirir. İşarə edir ki, dəvə burnundan aciz qalar, deyirlər. Lakin burada bir maraqlı məqam diqqəti cəlb edir. Oğuz igidlərinin qüruru, yaxşı mənada təkəbbürü ona qızın dediyi kimi etməyə yol vermir: “Sarı donlu qız eşqinə bir “hu”x9d dedi. Qanturalı ayağa durdu. Ürəyində dedi: Hey, mən bu dəvənin burnundan yapışsam, “o qız sözüylə yapışdı”x9d deyərlər. Sabah oğuz elinə xəbər gedər, dəvə əlində aciz qalmışdı, qız qurtardı, ”“ deyərlər. Ey igidlərim, qolça qopuzumu çalın, öyün məni! Yaradan qadir Tanrıya sığındım! ”“ dedi”x9d (3, 103). Beləliklə, Qanturalı qızın dediyi kimi etməyi şəninə sığışdırmayıb, başqa üsulla dəvəni də məğlub edir. Sarı donlu Selcan xatunu alıb, geri dönür.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”x9d boylarında uğursuz, nakam sevgiyə, qəhrəmanın sevdiyi qıza qovuşa bilməməsi səhnələrinə rast gəlinmir. Fikrimizcə, bu da əsərin qəhrəmanlıq dastanı kimi yaradılmasından irəli gələn bir özünəməxsusluqdur. Ümumiyyətlə, oğuznamələrdə, eləcə də sonrakı dövrlərin qəhrəmanlıq dastanlarında nakam sonluqla bitən sevgiyə rast gəlmək çox çətindir. Hesab edirik, bu da bir məntiqi qanunauyğunluqdur.
“Kitabi-Dədə Qorqud”x9d boylarındakı qəhrəmancasına elçilik motivləri, ailə-əxlaq prinsipləri əski şaman dünyaduyumuna əsaslansa da, onun müəyyən əlamətləri islam zamanının klassik eşq dastanlarında, o cümlədən, yeni dastanlarda hiss olunmaqdadır. Bunlardan Aşıq Ələsgərin “Həcər xanım”x9d, “Aşıq Alı və Əsmər xanım”x9d, Həsən Pərvanənin “Tarlaçı qız”x9d kimi yeni dastanlarını göstərmək olar. Əvvəlcə qeyd edək ki, klassik eşq dastanlarında rast gəldiyimiz qəhrəmancasına elçilik məsələlərində vəziyyət tamamilə fərqlidir. Məlum olduğu kimi, aşiqə yuxuda buta verilir. Qız da buta alır. Oğlan sazını götürüb, yuxuda ona buta verilən qızın sorağıyla uzaq səfərlərə çıxır və s. Bir sözlə, o ”“ aşıq qəhrəman ”“ Haqq aşığı əslində elçilik etmir. Gedib qızı tapır, deyir, ölsəm də, qalsam da, bu qız mənimdir. Qız da onu sevir. Aşiqin burada silahı, yarağı yalnız aşıqlığıdır. Dədə Qorqud boylarında olduğundan, eləcə də müasir dastanlardan fərqli olaraq, eşq dastanı qəhrəmanı fövqəltəbii “Ağa”x9dsına güvənib, bütün təhlükələrə özünü gözüyumulu atır. Bir sözlə, bunlarda sufi-irfani dəyərlər, gözüyumulu ”“ Haqqın buyruğu ilə, dəlicəsinə aşiqlik ön plandadır. Yeni dastanlarda isə vəziyyət xeyli fərqlidir. Burada dünyəvi sevgidən söhbət gedir. Sadəcə, dövrün, zamanın qayda-qanunları dəyişib, sevgi azaddır. Müasir dastanın aşiq qəhrəmanı sevdiyi qızın valideynlərinə qızlarını sevdiyini aşıq-aşkar deyə, etiraf edə bilir. Artıq, bir növ, bu, normal haldır və o qədər də ciddi qəzəblə qarşılanmır. Burada qarşıya çıxa biləcək başlıca problem qızın aşiqi bəyənməməsi ola bilər ki, buna da çox az halda təsadüf edilir. Fəqət qızlarını sevən (həm də əksinə, qızın sevdiyi) oğlanı valideynlərin bəyənməməsi, qızı başqa bir öz seçdikləri, nəzərdə tutduqları oğlana vermək niyyətləri müasir məhəbbət dastanlarında əsasən aparıcı mövqe tutur və demək olar ki, dastan bu cür problemlər üzərində qurulur. Yeni dastanlardakı aşiq obrazlarının qəhrəmancasına elçiliyi isə sevdikləri qızın valideynləri ilə şəxsən görüşüb, onları amansız fikirlərindən çəkindirməyə cəhd etmələrindən, özlərinin daha üstün əlamət, istedad, bacarıq və keyfiyyətlərə malik olduqlarını nümayiş etdirməkdən ibarətdir. Dediklərimizi əsaslandırmaq üçün Həsən Pərvanənin yaratdığı “Tarlaçı qız”x9d dastanından misallara diqqət edək. Əvvəlcə nəzərə çatdıraq ki, kolxozlardan birinə konsert verməyə gələn aşıq dəstəsində Aşıq Həsən adlı gənc şair-aşıq Ayna xanım adlı bir qıza vurulur. Qızın valideynləri də bunu hiss eləyirlər. Həsən onların evində qonaq qalır. Məlum olur ki, atası tarlaçı qızı (Aynaxanımı) öz qardaşı oğluna vermək fikrindədir. Lakin gənc aşıq oxuduğu şeirlər-qoşmalar, gəraylılar, dodaqdəyməzlər, təcnislərlə onun ürəyini azacıq da olsa yumşaldıb, rəğbətini qazana bilir. Belə ki, özü də sözə-sənətə bələd savadlı adam olan Əli kişi Həsəni çox sınağa çəkib bərkə-boşa salır. Ondan aşıq şeirinin ən çətin formalarında bədahətən söz qoşub oxumasını istəyir və s. Gənc aşıq Əli kişinin bütün imtahanlarından müvəffəqiyyətlə keçir. Axırda yenə daşı ətəyindən tökməyən ata razılığa gəlməyib deyir:
“”“ Təbinə söz yoxdu. Ancaq mənim qızım sənin tayın deyil. Get itiyini tap.”x9d
“Tarlaçı qız”x9d, o cümlədən digər bir sıra bu qəbildən olan yeni məhəbbət dastanlarında ən maraqlı məqamlardan biri də odur ki, artıq qıza-qadına münasibət tamam fərqlidir və onlar, yeri gələndə, öz fikir və münasibətlərini bildirmək hüququna malikdirlər. Misal üçün, tutaq ki, “Kitabi-Dədə Qorqud”x9d dastanının “Qanlı Qoca oğlu Qanturalı”x9d boyunda Qanturalını görüb ona vurulan “xəstə dana kimi ağzının suyu axan”x9d Selcan xatunun atasına heç nə demək, münasibət bildirmək hüququ yoxdursa, o, sadəcə arzu formasında yanındakı qızlara “”“ Allah atamın könlünə rəhm sala, kəbin kəsdirib, məni o igidə verə. Bunun kimi igid heyifdir ki, vəhşilər əlində həlak ola!”x9d deyib köks ötürməklə kifayətlənirsə, müasir dastanlarda sevən qız (məşuq) daha fəaldır, nisbətən, daha çox ixtiyar sahibliyinə, hüquqa malikdir. Eyni zamanda, qız anaları da “Dədə Qorqud”x9d boylarında arxa planda qalırsa, yeni dastanlarda söz sahibidirlər. Misal üçün, yenə “Tarlaçı qız”x9dda Aynaxanımın anası ərini məzəmmət eləyərək deyir: 
“”“ A kişi, ağlın köhnə zamanıya getməsin. Sən bilirsən ki, qızın hələ səndən axır cavab alana qədər sənin yolunu gözləyəcək. Elə ki sənin fikrin biz deyən kimi olmasa, qızımın qolundan tutub, divana çıxardacağam”x9d Misallardan göründüyü kimi, bir sıra oxşar xüsusiyyətlərlə yanaşı, “Dədə Qorqud”x9d boyları ilə yeni dastanların xüsusən bunlardakı ailə-əxlaq, evlənmə, elçilik, sevgiyə münasibət məsələlərinin kəskin fərqlənmələri də müşahidə olunmaqdadır.
“Kitabi-Dədə Qorqud”x9d boyları rast gəlinən qəhrəmancasına elçilik məsələləri, əski adət-ənənələr və müasir məhəbbət dastanlarımızda onların izləri kontekstində araşdırmaya cəlb edilir. Oğuzların sonradan islami dəyərlərlə çarpazlaşmış əski dəyərlərinin təşəkkül tapma tarixinin aydınlaşdırılması istiqamətində cəhdlər maraq doğurur.
Burada “Kitabi-Dədə Qorqud”x9d boylarındakı qəhrəmancasına elçilik motivlərinin dastanın yaranma tarixinin islamdan çox-çox qədimlərə aid olduğunu əsaslandıran başlıca amillərdən olduğu qənaəti hasilə gəlir.
Məqalədə “Kitabi-Dədə Qorqud”x9d dastanlarının bir sıra boylarında rast gəlinən qəhrəmancasına elçilik məsələləri diqqət mərkəzinə çəkilərək, qədim oğuz türklərinin islamdan uzun əsrlər öncədən formalaşmağa başlayan əski dəyərləri prizmasından tədqiq olunur. Əski oğuz-türk mədəniyyətinin çox-çox sonralar islami dəyərlərlə çarpazlaşması, bu çarpazlaşmanın “Dədə Qorqud”x9d oğuznamələrində əks-sədası təhlil edilir. Qədim eposun məruz qaldığı ciddi təhrif, əlavə və yenidən işləmələr nəticəsində yaranma tarixinin dəqiq müəyyənləşdirilməsi işinin zaman-zaman çətinləşməsi, bu düyünü açmağın yolları və üsulları istiqamətində axtarış xarakterli gəlişmələr məqalədə süjet xətti boyunca müşahidə olunur. Dastandakı əski oğuz dəyərlərinin izlərinin islami dəyərlərin buraxdığı izlərdən fərqləndirilməsinin, ayırd edilməsinin zəruriliyi vurğulanır və bu istiqamətdə müəyyən addımlar özünü göstərir. Bir sıra oğuz-türk əski dəyərlərinin izlərinə müasir məhəbbət dastanlarında da təsadüf edildiyi vurğulanır. Müxtəlif araşdırıcıların fikir və mülahizələrinə münasibət sərgilənən məqalədə razılaşmayan iddia və qənaətlər məntiqi dəlillərlə inkar edilir. Qəhrəmancasına elçilik məsələlərinin “Dədə Qorqud”x9d boylarındakı bir sıra çalarlarının islamla heç cür uzlaşmamasının dastanın islamiyyətdən yüz illər, min illər öncədən formalaşmasının bir sıra digər göstəricilərinə şərik olaraq, haqq qazandırdığı şərhlər, məntiqəuyğun mülahizələrlə əsaslandırılır. Əsasən “Qanlı Qoca oğlu Qanturalı”x9d və “Bayburanın oğlu Bamsı Beyrək”x9d boyları əsasında araşdırılan mövzuda ümumilikdə dastanın dil-üslub xüsusiyyətlərinə də ayrıca diqqət yetirilir və yeni yanaşma ortaya qoyulur. Məxsusi olaraq, dastanda dil-üslub xüsusiyyətləri, düşüncə və danışıq, təhkiyə tərzi və s. ilə yanaşı, ailə-əxlaq, ailənin təməl prinsipləri, o cümlədən qəhrəmancasına elçilik məsələləri “Kitabi-Dədə Qorqud”x9d boylarının tarixinin dəqiq müəyyənləşdirilməsi, həqiqi qiymətinin verilməsi işinə yaxından yardımçılıq edə biləcək amillərdən hesab edildiyi vurğulanır.
Qəhrəmancasına elçilik adətinin müasir məhəbbət dastanlarımızda da müəyyən fərqlənmələrlə yaşadığı qeyd edilərək nümunələr göstərilib, təhlillər aparılır. Bir sıra yeni dastanlarda oxşar məqamların müşahidə edildiyi vurğulanır. Onlardan Aşıq Həsən Pərvanənin yaratdığı “Tarlaçı qız”x9d dastanı üzərində xüsusi dayanan müəllifin ağlabatan müqayisə və qənaətləri özəlliklə maraq doğurur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO