Obama Suriyada Rusiyaya qarşı kürd-ərəb ordusu hazırlayır

Obama Suriyada Rusiyaya qarşı kürd-ərəb ordusu hazırlayır

Hazırda oxunan: Obama Suriyada Rusiyaya qarşı kürd-ərəb ordusu hazırlayır

99263
ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizədə və Rusiyaya qarşı çıxmaqda “Suriya ərəb koalisiyası”x9dna güvənir.

Obama köhnə rəqibi Con Makkeynin 4-5 üsyançının hazırlanmasına xərclənmiş 500 milyon dollar və RF XİN başçısı Sergey Lavrovun mötədil qiyamçıların xəyali ordusu haqda acı-acı ifadələrinə cavab olaraq Suriya strategiyasını yenidən nəzərdən keçirtməyi qət edib. Bu cür addmın tələskliyi həm də onunla izah olunur ki, Rusiya Suriyada fəal şəkildə hərəkət edir.

Obamanın yeni planı iki ünsürdən ibarətdir: Rakkaya təzyiqi artırmaq məqsədilə Suriyanın quzey-şərqində yeni hücumun hazırlanması. Yerüstü əməliyyatda ən etibarlı amerikayönlü qüvvələr, başqa sözlə, hərbiləşdirilmiş kürd birləşmələri (20 min nəfərdən ibarərt peşmərgə) və ərəb döyüşçülərinin yeni batalyonu (5 min nəfər) iştirak etməlidir.

Digər əməliyyat cihadçılar üçün əlavə qüvvə və silah daxil olan 60 millik Türkiyə-Suriya sərhədinin tam bağlanması üzrə Suriya üsyançılarının yarımhərbi birləşmələrinə tapşırılıb. Bu iki yerüstü əməliyyata dəstək üçün Türkiyənin İncirlik bazasından endirilən hava zərbələrinin yeni mərhələsi başlanmalıdır.

Çoxları Obamanı “Suriyanı ruslara tərk etməkdə”x9d ititiham dir, lakin eyni zamanda unudurlar ki, Suriya, ən azı, 1971-ci ildə Latakiyada HHQ-nin, Tartusda isə HDQ-nin bazaları açılandan rusların əlindədir. Bununla belə, Putinin fəaliyyətdə olan baş sima kimi Yaxın Şərqə qayıdışı Obama üçün əsil çağırışdır. Ağ Ev Rusiya hərbi müdaxiləsinin nəticələrini lazımınca qiymətləndirməyə bilməz. Amerikalılar bombardmanın yeddi günü ərzində əmin oldular ki, Putin İŞİD-ə deyil, Amerikayönlü müxalifətə hücum edir.

Ən yaxın vaxtlarda “insidentlər”x9din təhlükəsi artacaq: ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya aviasiyası arasında. Toqquşmalar və digər qeyri-ixtiyari insidentlər üzrə Amerika və rus hərbçiləri arasında texniki məsləhətləşmə mexanizmi hələlik lazımi səviyyədə işləmir.

ABŞ müdafiə naziri Eşton Karter deyir ki, “Ruslar alova benzin tökürlər”x9d. Lakin Obama indi Suriyada konkret cavaba və “Suriya ərəb koalisiyası”x9dna ümid bəsləyir. Koalisiyaya bir sıra üsyançı qruplar qoşulub və kürd peşmərgəsi tərəfdən İŞİD-ə qarşı vuruşacaq. O ümidlə ki, “Suriya ərəb koalisiyası”x9d Lavrovun masqaraya qoyduğu “kölgələrin ordusu”x9d olmayacaq.

 

Artıq informasiya agentlikləri bu gün məlumat yayıb ki, Rusiya Müdafiə Nazirliyi “rus könüllüləri”x9dnin Suriyaya yollanmağa hazırlaşdığını bildirib.

Politoloq Zərdüşt Əlizadənin Strateq.az-a bildirdiyinə görə, ruslar Suriyaya bir neçə yüz, hətta bir neçə min "könüllü" göndərsə də, oradakı mövcud hərbi qüvvələr nisbətinə təsiri olmayacaq: "Bu gün faktiki olaraq Suirya bölünüb, amma de-yure vahid dövlət kimi BMT-nin üzvü olaraq qalır. Düzdür, BMT-nin nizamnaməsində yazılıb ki, dünya dövlətlərinin mövcud sərhədləri dəyişdirilə bilməz. Lakin beynəlxalq hüquq güclü dövlətlərin əlində sürüşkən sabun kimidir, yəni bu hüquq sistemini istədikəri kimi dəyişə və yenidən yaza bilir. Artıq faktdır ki, Azərbaycan kimi Suriya da bölünüb və onun gələcəkdə vahid dövlət kimi qalacağı ehtimalı azdır".      /Strateq.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO