33 min dollar başlıq pulu ilə - Homoseksual evlilik

33 min dollar başlıq pulu ilə - Homoseksual evlilik

Hazırda oxunan: 33 min dollar başlıq pulu ilə - Homoseksual evlilik

85479
Taylandın şimal-şərqindəki Khon Kaen şəhərində qeyri-adi hadisə baş verib. 

Moderator.az  CNN-ə istinadən xəbər verir ki, ölkədə ilk dəfə başlıq pulu verilərək eynicinslilərin nikahı baş tutub. 

42 yaşlı Choengchai Plubpiboon və 30 yaşlı Uthane Korasing adlı iki həmcins evlənib. 

Yaşı daha böyük olan Plubpiboon Tayland adət-ənənələrinə uyğun addım atıb, o, kürəkən tərəfinin yerinə yetirməsi üçün lazım olan hər şeyi (başlıq pulu da daxil olmaqla)  həyata keçirib. 

Özündən 12 yaş daha kiçik olan kişi ilə evlənmək üçün Korasing ailəsinə 33 min dollar və 10 respublika qızılı verib. 

Qeyd edək ki, Taylandda homoseksual evlilik üçün bir qanun layihəsi hökumətə təqdim edilmişdi.  

Qanuna görə, 20 yaşından yuxarı, qohum olmayan iki homoseksual subay olduqlarını təsdiqlədikdən sonra evlənə bilərlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO