Rus

Rus "ayı"ları qorxu saçdı

Hazırda oxunan: Rus "ayı"ları qorxu saçdı

77956
Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Typhoon" qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.

ANS PRESS-in məlumatına görə, Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın “Ayı”x9d şərti adı ilə tanınan "Tupolev 95" strateji bombardmançı təyyarələri yenə də Şotlandiya yaxınlığında qeydə alınıb. Sərhədin pozulması baş verməyib və iki Rusiya bombardmançı təyyarəsi təhlükə təşkil etməyib.

Hərbi ekspertlərin fikrincə, Britaniya Rusiya təyyarələrinin belə “əzələ nümayişi”x9dnə çoxdan öyrəşib. Təyyarələrin hava məkanına indiki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta düşüb.

Xatırladaq ki, NATO hazırda təlimlərə başlayıb və Rusiya tərəfindən tətbiq edilən “hibrid müharibə”x9d taktikasına qarşı tədbirləri öyrənir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO