Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  Anım yürüşü

Nemtsovun dəfn tarixi və yeri açıqlandı- Anım yürüşü

Hazırda oxunan: Nemtsovun dəfn tarixi və yeri açıqlandı- Anım yürüşü

71158
Dünən Moskvanın mərkəzində güllələnərək öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun dəfn olunacağı tarix bəlli olub. 


“Qafqazinfo”x9d xəbər verir ki, bu barədə itar-tass-a PARNAS partiyasının üzvü Konstantin Merzlikin məlumat verib. 

Vida mərasimi martın 3-ü yerli vaxtla 10-dan 14:00-a qədər Saxarov mərkəzində təşkil ediləcək. Daha sonra isə Troekurov qəbiristanlığında dəfn mərasimi keçiriləcək. 

Martın 1-də isə Moskvada mərhum siyasətçinin xatirəsinə həsr olunmuş matəm yürüşü baş tutacaq. Yürüş Moskva vaxtı ilə 15:00-da başlayacaq və Nemtsovun öldürüldüyü körpü istiqamətində davam edəcək. 

Müxalifətçi İlya Yaşin bəyan edib ki, sözügedən anım tədbiri artıq Moskva meriyası ilə razılaşdırılıb. O qeyd edib ki, martın 1-nə təyin edilmiş “Bahar”x9daksiyası da təxirə salınıb.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-i gecə saatlarında “Böyük daş körpü”x9ddə öldürülüb. Naməlum şəxs ona 4 dəfə atəş açıb. Ürəyindən yara alan siyasətçi yerindəcə keçinib. 


Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4080.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4081.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4082.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4083.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4084.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4085.jpg">Nemtsovun dəfn tarixi və yeri açıqlandı-  <i style=Anım yürüşü" src="//old.moderator.az/fotobaza/original/4086.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO