Slovakiya Almaniyadan ikinci

Slovakiya Almaniyadan ikinci "Leopard" tankını qəbul edib

Hazırda oxunan: Slovakiya Almaniyadan ikinci "Leopard" tankını qəbul edib
625947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Slovakiya Ukraynaya 30 ədəd piyadanın döyüş maşını (PDM) təhvil verməsi müqabilində Almaniyadan əldə edəcəyi vəd edilən 15 "Leopard 2A4" tankından ikincisini qəbul edib.

Bu barədə Slovakiyanın TASR xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Slovakiya daha əvvəl Ukraynaya Çexoslovakiyada sovet lisenziyası əsasında istehsal edilmiş 30 ədəd tırtıllı BMP-1 təhvil verib.

Slovakiya hərbçilərinə ikinci "Leopard 2A4" tankının təhvil verilməsi Almaniyada baş tutub. Bratislavanın ilin sonunadək yerdə qalan 13 tankı da təhvil alacağı gözlənilir.

"Leopard" tanklarının əldə edilməsindən sonra Slovakiya ordusunun xidmətində əksəriyyəti T-72 tankları olmaqla ümumilikdə 45 tank olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO