İran İraqda kürd qruplaşmalarına raket və PUA zərbələri endirdi – VİDEO

İran İraqda kürd qruplaşmalarına raket və PUA zərbələri endirdi – VİDEO

Hazırda oxunan: İran İraqda kürd qruplaşmalarına raket və PUA zərbələri endirdi – VİDEO

618141

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında, Kürdüstan regionunda yerləşən müxalif kürd qruplaşmalarının mövqelərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, İraq mediasının yaydığı məlumata görə, hücumların əsas hədəfi Ərbil şəhəri yaxınlığında yerləşən və ABŞ strukturları ilə əlaqəli olduğu iddia edilən silahlı birləşmələrin bazaları olub.

Zərbələr əsasən Ərbil əyalətinin Harir bölgəsinə və Süleymaniyə yaxınlığındakı hərbi qərargahlara yönəlib. Həmçinin Koya bölgəsində İran Kürdüstanı Demokrat Partiyasına (KDPI) məxsus düşərgəyə də PUA zərbələri endirildiyi bildirilir.
 

Yerli təhlükəsizlik mənbələrinin məlumatına görə, Ərbil və Soran rayonu səmasında partlayıcı yüklü bir neçə PUA ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus qırıcı təyyarələr tərəfindən havada məhv edilib. İlkin məlumatlara görə, son zərbələr nəticəsində can itkisi qeydə alınmayıb, yalnız maddi ziyan dəyib.


Tehran bu qruplaşmaları son hərbi əməliyyatlar zamanı ABŞ və İsrail tərəfindən silahlandırılaraq İrana qarşı səfərbər edilməkdə ittiham edir.

Aprelin 8-də tərəflər arasında əldə olunmuş kövrək atəşkəs razılaşmasına baxmayaraq, İrandan İraq Kürdüstanına doğru raket və dron hücumları vaxtaşırı davam edir.

Yerli rəsmilərin hesabatına görə, münaqişə başlayandan bəri bölgəyə İrandan 800-dən çox mərmi və PUA atılıb. Kürdüstan Regional Administrasiyası isə bu münaqişədə tərəf olmadıqlarını bildirərək hücumları dəfələrlə pisləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO