Moskva ritorikasından əl çəkmir: Dövlət Dumasından Ermənistana növbəti təhdid

Moskva ritorikasından əl çəkmir: Dövlət Dumasından Ermənistana növbəti təhdid

Hazırda oxunan: Moskva ritorikasından əl çəkmir: Dövlət Dumasından Ermənistana növbəti təhdid

617945

Rusiya Ermənistan rəhbərliyinin xarici siyasət kursunu hədəf almaqda və İrəvana qarşı ittihamedici ritorikasını davam etdirməkdədir. Bu dəfə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Paşinyan hakimiyyətini kəskin dillə tənqid edib.

Bizim.Media xəbər verir ki, rusiyalı deputat bu barədə "NEWS.ru" portallına müsahibəsində danışıb.

A.Kolesnik iddia edib ki, Ermənistan rəhbərliyinin eyni vaxtda həm Rusiya, həm də Qərblə münasibətlərdən mənfəət əldə etmək cəhdləri erməni xalqını parçalayıb.

Deputat Nikol Paşinyanın seçkilərdə 50%-dən çox səs qazana bilməməsini də məhz bu amillə əlaqələndirib:
 

"Ermənistana Qərbdən çoxlu pullar, imkanlar yönəldildi, hətta Zelenski də oraya səfər etdi. Paşinyan eyni anda iki stulda oturmaq istəyir, lakin o stullar aralana bilər – insan ortadan parçalanar", - deyə rusiyalı parlamentari hədə nümayiş etdirib.


Rusiya ilə Ermənistan arasındakı münasibətlərin getdikcə gərginləşdiyini etiraf edən deputat, buna baxmayaraq, Moskvanın İrəvanla "konstruktiv dialoqu" saxlamaq üçün hər cür səy göstərəcəyini iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO