Paşinyan 50.04 faizlə qalib gəlir - Tokayevdən TƏBRİK

Paşinyan 50.04 faizlə qalib gəlir - Tokayevdən TƏBRİK

Hazırda oxunan: Paşinyan 50.04 faizlə qalib gəlir - Tokayevdən TƏBRİK

617851

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyana parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə Tokayev seçkilərin nəticələrinin Ermənistan xalqının ölkədə sabitliyin, milli həmrəyliyin təmin edilməsinə və həyata keçirilən islahatların davamlılığına olan etimadını növbəti dəfə təsdiqlədiyini vurğulayıb.
 

Qazaxıstan lideri iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin bundan sonra da həm ikitərəfli formatda, həm də regional inteqrasiya qurumları çərçivəsində uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib və Paşinyana dövləti fəaliyyətində uğurlar arzulayıb.


Bu arada Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səslərin sayılması prosesini yekunlaşdırmaq üzrədir. Ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsindən 1924-nün (ümumi sayın təxminən 95,9%-i) bülletenləri artıq emal olunub.

Rəsmi ilkin nəticələrə görə, siyasi partiyalar və bloklar üzrə səslərin paylanması aşağıdakı kimidir:

“Mülki Müqavilə” Partiyası (Nikol Paşinyan) — 50,04%

“Güclü Ermənistan” Partiyası — 23,33%

“Ermənistan” Bloku — 9,85%

“Çiçəklənən Ermənistan” Partiyası — 3,98%

Mövcud göstəricilərə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə 50%-lik baryeri aşaraq parlamentdə çoxluğu qorumağı və yenidən hökuməti formalaşdırmaq hüququnu təmin etməyi bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO